“Azərbaycanda keçirilən 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX” ölkəmiz üçün əhəmiyyətlidir. Müharibədən sonra Azərbaycan hərbi gücünü göstərmək üçün ilk dəfə belə bir sərgidə iştirak edir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.Onun sözlərinə görə, digər tərəfdən Azərbaycan həmin sərgiyə Türkiyə ilə birgə hazırladığı silahları çıxarıb: "Məsələn ASELSAN-la birgə hazırlanmış 250 kq-lıq bombalar var ki, bu bombaların təyinatı çoxnövlüdür. Yəni onlar həm hərbi maşınları, həm hərbi texnikaları, həm də canlı qüvvəni məhv edir. Azərbaycan istehsal etdiyi silahları 44 günlük vətən müharibəsində sınaqdan keçirib və həmin silahlar bir dünya bazarında satılmağa başlasa Azərbaycan xeyli gəlir əldə edə bilər. İlk dəfə ABŞ-ın hərbi institutu belə bir təşəbbüslə çıxış edib ki, hücum edən tərəfin itkiləri daha çox olur. Lakin bizdə əksinə oldu. Ermənistan nə qədər gizlətsə də onların şəhidi 10 minin üstündədir. Azərbaycan ordusu taktiki cəhətdən erməniləri aldatdı. Yəni şimal hissədən hücuma keçmək adı ilə Suqovuşanı işğaldan azad etdikdən sonra Azərbaycan ordusu Ömər aşırımı istiqamətində döyüşlərə başladı. Bu müddətdə Azərbaycan Cəbrayıl, Zəngilan, Qubadlı Hadrut bölgələrini azad etdi. Şuşa şəhəri pik nöqtə oldu. Ermənilər hər cür silahla Şuşanı təmin etmişdi. Amma Azərbaycan ordusu qayalıqlardan gələrək Şuşanı azad etdi. Bu çox böyük bir uğurdur. Həm PUA-lardan istifadə etmək, həm də döyüşçülərin ruhunu yüksək səviyyədə təmin etmək çox ömənli idi. Bütün bunların başında Ali Baş Komandan dururdu. Bu mənada onlar Azərbaycan ordusunun taktikasını və ölkə başçısının taktikasını da araşdırırlar”.
Müəllif: Abutel İlhamqızı