PDF Oxu

Siyasət

  • 2 833

Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu

Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu

Prezident İlham Əliyev İtaliyanın Çemobbio şəhərində keçirilən beynəlxalq forumda iştirak edib. Dövlətimizin başçısı forumun plenar iclasında “Enerji təhlükəsizzliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib. Belə ki, cənab prezident sonuncu dəfə burada 2020-ci ildə səfərdə olduğunu, İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd imzaladığını bildirdi. Budəfəki səfərinin də çox uğurlu olduğunu söyləyərək ölkəmizin arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq ilə bağlı geniş məsələləri müzakirə etdiklərini qeyd etdi.İki ölkə arasında önəmli əməkdaşlıq istiqamətlərindən biri təhsil sahəsidir. Azərbaycanın ADA Universiteti İtaliyanın beş aparıcı universitetinin tərəfdaşıdır.İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkə Azərbaycandır. 1994-cü ildə setyabrın 20-də Azərbaycan dünyanın 11 ən iri neft şirkəti ilə “Əsrin müqaviləsi”ni imzalandı. Bu "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında müqavilə idi. Bununla da dövlətimiz dünyanın aparıcı neft şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə oldu. Bundan sonra Azərbayvan bir sıra Avropa ölkələri ilə yanaşı İtaliyaya da neft ixrac etməyə başladı.Azərbaycanın enerji strategiyasının əsas hissəsini nəhəng qaz yataqlarının istismarı təşkil edir. Azərbaycanın təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır. Ölkəmizin böyük qaz təchizatı boru kəməri var. Cənubi Qaz Dəhlizi Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik(TAP) boru kəməri adlı üç hissədən ibarətdir. Ölkəmizin təbii qaz ehtiyatlarına tələbat artmaqda davam edir. Bir il yarım ərzində Avropaya istehsal olunan 13,5 milyard qazın 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Bu il İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etmək planlaşdırılır.Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Bu bir çox ölkələr üçün perspektiv vəd edir. Bu Memorandum enerji resurslarımızın inkişafı istiqamətində atılmış vacib addımlardan biridir.Bildiyimiz kimi 2022-ci ilin fevralın 24-də Rusiya Ukrayna ilə müharibəyə başlayıb. Bu mübaribə nəticəsində təbii qaz məsələsi avropalılar üçün aktual məsələyə çevrilib. İonik-Adriatik boru kəməri Azərbaycan qazını üç Balkan ölkəsinə çatdıracaq. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycana qaz ixracının həcminin artırılması ilə bağlı rəsmi müraciətlər olunub.

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji ilə bağlı dialoq başladılıb. Buraya təbii qazla yanaşı elektrik enerjisi, hidrogen və yaşıl hidrogen daxildir.2020-ci ilin 44 günlük Vətən mübaribəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. İşğaldan azad olunan ərazilərimiz olan Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Bu imkanlar bizə digər xarici ölkələr üçün əlavə qaz tədarük etməyə imkan yaradacaq. Ölkəmizin hər zaman digər ölkələrlə uğurlu müstəqil siyasət aparır. 2021-ci ilin oktyabr ayında Azərbaycan müstəqillyinin 30-cu ildönümünü qeyd etdi. 30 ildir ki, Azərbaycan müstəqildir və sabit siyasi mövqeyə malikdir.Bu ilin fevral ayında başlanan Rusiya-Ukrayna mübaribəsi dünyada bir sıra dəyişikliklərin yaranmasına gətirib çıxardı.Bu dəyişikliklərin hansı axınla gedəcəyi Ukraynada mübaribənin nə qədər davam edəcəyi və bu mübaribənin necə sona çatacağı kimi amillərdən asılıdır.Xarici amillərdən müdafiə olunmaq ölkəmiz üçün mühüm məsələrdən biridir. Bizim daxildə ölkəmizi hansı yöndə inkişaf etdirmək üçün birliyimiz var. Ermənistanla sülhə nail olmaq planlarımızda nələr əldə edəcəyimiz, övladlarımız və yeni nəsillərin gələcəyinin necə olacağı bizim üçün önəmlidir.

Yaqut Məmmədova
İftixar Tağıyev adına 26 nömrəli tam orta məktəbin direktoru

Digər xəbərlər