PDF Oxu

Siyasət

  • 2 846

YAP Şamaxı rayon təşkilatında görüş keçirilib FOTOLAR

YAP Şamaxı rayon təşkilatında görüş keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatında ərazi partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib. Görüşdə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı ərazi partiya təşkilatlarının fəaliyyətindən bəhs edib. Onlara təşkilati və cari məsələlər, yeni üzvlərin qəbulu, uçot işləri, partiya üzvlərinin fəallığının artırılması, üzvlük haqqı ,soaial şəbəkələrdə fəal iştirak etmək və s. istiqamətində işlərin bundan sonra da uğurla və səmərəli şəkildə davam etdirilməsini tövsiyə edib.

Sonra YAP Şamaxı rayon təşkilatının sədr müavini Altay Məmmədov ərazi partiya təşkilatının hər bir üzvünü görüləcək işlərdə, keçiriləcək aksiya və tədbirlərdə fəal olmağa çağırıb. Müzakirə formatında keçən görüşdə ərazi partiya təşkilatlarının sədrlərinin təklifləri dinlənilib.

Daha sonra YAP Şamaxı rayon təşkilatının apartına yeni təyin olunan əməkdaşları Vətən Müharibəsi iştirakçısı , Nəbiyev Elvin Rəfail oğlu, (5 medalla təltif edilmişdir) Hüseynov Vüsal Laçın oğlu, Bədəlova Təranə Adil qızı və Şəhid atası Ağayev Asif Yusif oğlu aparatın yeni işçiləri kimi tədbir iştirakçılarına təqdim olundular.

Digər xəbərlər