PDF Oxu

Siyasət

  • 2 204

"Bu gün Azərbaycanın hərbi potensialı artmaqdadır" - SİYASİ EKSPERT AÇIQLADI

"Bu gün Azərbaycanın hərbi potensialı artmaqdadır" - SİYASİ EKSPERT AÇIQLADI

"Dördüncü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri şübhəsiz ki, ölkəmizin müdafiə qabiliyyətinin artırılması baxımından çox önəmlidir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi sahədə inkişafına çox təkan verdi: "44 günlük Vətən müharibəsi belə demək mümkünsə istifadə olunan hərbi texnoloji yeniliklər baxımından dünyanın ayrı-ayrı yerlərində baş verən müharibələrdən çox fərqlənirdi. Azərbaycan həm qardaş Türkiyənin hərbi sahədə olan yeniliklərindən bəhrələnərək, həm də son zamanlar hərbi istehsal sahəsində əldə etdiyi nailiyyətləri bir növ hərb meydanında uğurla sınaqdan keçirdi. Məhz bu səbəbdəndir ki, bu gün Azərbaycanın hərbi potensialı artmaqdadır və aparıcı hərbi-siyasi mərkəzlərin diqqət mərkəzinə çevrilib. Sərginin Azərbaycanda keçirilməsi həm ölkəmizin bu sahədə üstünlükləri, həm də hərbi sənayedə inkişaf etmiş ölkələrin Azərbaycanla əməkdaşlığına öz müsbət təsirini göstərəcək. Bu eyni zamanda bir mesajdır ki, Azərbaycan öz hərbi sahəsini gücləndirməyə hər zaman diqqət yetirir".

Arzu Qurbanlı

Digər xəbərlər