PDF Oxu

Siyasət

  • 3 107

"İtaliya ilə münasibətlərin inkişafı Bakının prioritetləri ilə üst-üstə düşür" - DEPUTAT ŞƏRH ETDİ

"İtaliya ilə münasibətlərin inkişafı Bakının prioritetləri ilə üst-üstə düşür" - DEPUTAT ŞƏRH ETDİ

"Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri Azərbaycanın yaratdığı yeni reallığın aparıcı siyasi və iqtisadi güclər tərəfindən qəbul olunması baxımından mühüm imkan oldu. İtaliyada hökumət böhranına baxmayaraq, Azərbaycanın dövlət başçısının bu ölkəyə səfərə dəvət edilməsi əslində rəsmi Romanın Qafqazdakı postmüharibə reallığına münasibətini ifadə edir. Daha doğrusu İtaliya rəsmən nümayiş etdirir ki, Azərbaycanı qalib, Prezident İlham Əliyevi isə yeni reallığın yaradıcısı kimi rəsmən tanıyır. Bu yanaşma həm Roma, həm də Bakının maraqları ilə üst-üstə düşür. Belə ki, Bakının regionda hakim mövqeyə yüksəlməsi Cənubi Qafqazda ticarətinin 90 %-dən artığını Azərbaycanla aparan İtaliya üçün yeni imkanlar açıb. Eyni zamanda dünyanın əsas iqtisadi və siyasi güc mərkəzlərindən biri, böyük yeddiliyin üzvü kimi İtaliya ilə münasibətlərin inkişafı Bakının da prioritetləri ilə üst-üstə düşür". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.Onun sözlərinə görə, İtaliya şirkətlərinin azad edilmiş ərazilərin bərpa-quruculuq işlərində iştirakı, 3 şəhərdə işğal və zəfər muzeyləri, Şuşada qədim məscidin bərpası və yeni məscidin inşasını həyata keçirməsi ilə Roma həm də Azərbaycanın haqq işinə və yaratdığı reallığa dair qəti siyasi mövqe nümayiş etdirir: "Öz növbəsində İtaliya neft təchizatının bir nömrəli mənbəyi olan “Azərbaycan Cənub Qaz Dəhlizi” layihəsinin tamamlanması ilə Bakının bu ölkəyə qaz təchizatını artırmaq niyyətində olması Romanın Avropada siyasi çəkisi və nüfuzuna əhəmiyyətli təsir edəcəyini nəzərə alsaq, Azərbaycan-İtaliya münasibətlərinin iki ölkə əlaqələrindən daha çox kontinental xarakter daşımağa başlamasının şahidi olmaqdayıq".Deputat sözlərinə belə davam edib: "Müharibə sonrası Azərbaycana informasiya savaşı açan güc mərkəzlərinin təbliğatı fonunda isə G7-nin üzvü ilə münasibətlərin bu səviyyəyə yüksəlməsi Bakı və Romada qarşılıqlı sağlam iradənin mövcudluğundan xəbər verir. Xüsusən cənab İlham Əliyevin Prezident Mattarella və İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə 48-ci beynəlxalq Çernobbio beynəlxalq forumda əsas qonaq qismində iştirakı Romanın artıq Azərbaycana yeni düzənin əsas oyunçularından biri kimi yanaşdığını göstərir. Üstəlik, dövlət başçımızın forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı isə Avropada Azərbaycanın mövcud rol və imkanları ilə barışmaq istəməyənlər üçün əslində xəbərdarlıq idi".

Ayşən Vəli

Digər xəbərlər