PDF Oxu

Siyasət

  • 3 409

"Azərbaycanın xarici ticarətində İtaliya birinci yerdə dayanır" - POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycanın xarici ticarətində İtaliya birinci yerdə dayanır" - POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycanla İtaliya arasındakı münasibətlər gün keçdikcə sürətlə inkişaf edir. Eyni zamanda biz İtaliya ilə Azərbaycan arasında enerji sahəsində olan əməkdaşlığa da nəzər salmalıyıq. Beləki İtaliya ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayırlar". Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.Onun sözlərinə görə, Cənub Qaz dəhlizi çərçivəsində İtaliya Avropanın enerji təlabatının ödənilməsində böyük həcmdə qazın alınmasının tərəfdarıdır: "Bu Avropanın hazırkı enerji böhranı ilə bağlıdır. Lakin Azərbaycan-İtaliya əməkdaşlığı həm də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığını daha da inkişaf etdirir. Vətən müharibəsində İtaliyanın balanslaşdırılmış, eyni zamanda beynəlxalq hüquqa söykənən mövqeyi də çox önəmlidir və postmüharibə reallıqlarında İtaliya şirkətləri Qarabağın yenidən qurulmasında iştirak edirlər. Bu ikitərəfli münasibətləri keyfiyyətcə yeni müstəviyə daşıyır. Həmçinin İtaliya sərmayəsinin Qarabağ və Şərqi Zəngəzurda daha da inkişaf etdirilməsi üçün bir fürsətdir. Digər tərəfdən qeyd etmək lazımdır ki, 2020-ci ilin əvvəlində çoxölçülü strateji tərəfdaşlıq haqqında Azərbaycan və İtaliya arasında bəyannamə imzalandı və bu bəyannamədən irəli gələn vəzifələrin həlli istiqamətində bu gün gərgin fəaliyyət həyata keçirilir.Ölkə başçısı İlham Əliyevin Brüsseldə “Qafqazda təhlükəsizlik mühitinin gücləndirilməsinə dair” mühüm görüşündən sonra İtaliya səfəri çərçivəsində də çox önəmli müzakirələr keçirildi və cənab Prezident Çernobbio şəfərində Ambrosetti beyin mərkəzinin tədbirində çıxış etdi. Burada Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu ilə bağlı məruzəsi çox böyük diqqətlə izlənilirdi. Eyni zamanda Azərbaycanın beynəlxalq hüququn fundamental prinsiplərinə uyğun olaraq öz torpaqlarını işğaldan azad etməsi də bu gün əsas diqqət mərkəzində olan mövzulardan biridir. Azərbaycana maraq çox böyükdür. Onun geo-strateji mövqeyi, nəqliyyat-logistika sahəsində həyata keçirlən tədbirlər və neft-qaz əməliyyatları Azərbaycanı mühüm geo-siyasi aktora çevirir. Bu baxımdan İtaliya Azərbaycana böyük maraq göstərir.Qeyd edək ki, Azərbaycanın xarici ticarətində İtaliya birinci yerdə dayanır. Eyni zamanda Azərbaycan da İtaliyanın neft sahəsində təlabatını ödəyən dövlətlərdən birincisidir. Qaz sahəsində 3-cü pillədə dayanır. İtaliyanın ümumi qaz təlabatının 10 faizini azərbaycan ödəyir. Bu kifayət qədər ciddi rəqəmlərdir. Lakin ticari iqtisadi münasibətlərdə dinamikanın artırılması üçün bu gün bütün imkanlardan istifadə edilir”.

Müəllif: Abutel İlhamqızı

Digər xəbərlər