PDF Oxu

Siyasət

  • 2 375

"Təlimləri iki ölkənin qardaşlığının nümunəsi kimi dəyərləndirmək olar” - HƏRBİ EKSPERT AÇIQLADI

"Təlimləri iki ölkənin qardaşlığının nümunəsi kimi dəyərləndirmək olar” - HƏRBİ EKSPERT AÇIQLADI

"Dünyada və regionda baş verən reallıqlar fonunda Azərbaycan ilə Türkiyə arasında etibarlı və strateji tərəfdaşlığın möhkəmləndirilməsi və bu əməkdaşlığın daha üstün səviyyəyə çıxarılması hər iki ölkənin xarici siyasətinin tərkib hissəsidir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.Onun sözlərinə görə, hər iki qardaş ölkənin hərbi sahədə qarşılıqlı əlaqələri, keçirilən birgə təlimlər ikitərəfli və çoxtərəfli əməkdaşlıq fəaliyyəti münasibətlərin möhkəmlənməsində mühüm əhəmiyyət daşıyır: "“TurAz Qartalı-2022” təlimləri 2014-cü ildən etibarən mütəmadi olaraq keçirilir. Bu təlimlər hər iki ölkənin hərbi hava qüvvələri heyəti arasında qarşılıqlı əlaqənin birgə əməliyyatlarda iştirak üçün zəruri təcrübənin əldə edilməsində müstəsna əhəmiyyətə malikdir. Nəzərə alsaq ki, Türk Hərbi Hava Qüvvələri hazırda dünyanın ən təcrübəli pilotlarına malikdir. Türkiyə əməliyyatlarında aviasiyadan geniş istifadə edən ölkələr sırasındadır. Azərbaycan isə Vətən müharibəsində pilotlu və pilotsuz aviasiyanın köməyilə kifayət qədər möhtəşəm qələbə əldə edib. “TurAz Qartalı-2022” təlimlərini Azərbaycan və Türkiyənin qardaşlığının ən gözəl nümunəsi kimi dəyərləndirmək olar”.

Arzu Qurbanlı

Digər xəbərlər