PDF Oxu

Siyasət

  • 3 499

Maksim Şevçenko Ruben Vardanyanı cinayətkar adlandırdı ANALİTİK

Maksim Şevçenko Ruben Vardanyanı cinayətkar adlandırdı ANALİTİK

“Mümkündür ki, Vardanyan Qarabağ ermənilərinə görə təəssüf hisləri keçirsin, ancaq o Bakıya gedib soydaşlarına kömək etsəydi daha yaxşı olardı”

Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçəcəyini iddia edən və bu vasitə ilə, yəni separatizmə dəstək göstərməsi yolu ilə Ermənistan hakimiyyətinə sahiblənəcəyini düşünən erməni milyarderi Ruben Vardanyan ətrafında maraqlı müşahizələr davam etməkdədir. Bu dəfə onun həmin xülyaları haqqında Rusiyanın tanınmış siyasi-ictimai xadimi, jurnalist Maksim Şevçenko fikir bildirib. Onun sözlərinə görə, Ruben Vardanyan sadəcə “boş çənə vuran birisidir” və onun Rusiya vətəndaşlığından imtina etməsi məhz Avropa sanksiyaları ilə qarşılaşmaması üçündür.
“Vardanyan istədiyi vaxt İstanbula gedə bilər, ancaq o, Bakıya da gedərək müəyyən dairələrlə görüşməklə öz yardımını təklif edə bilərdi”
Şevçenko eyni zamanda Vardanyanın Fransaya səfəri ilə də bağlı diqqət çəkən məqama toxunub. Onun sözlərinə görə, erməni milyarder Fransada yaşayan erməni diasporunun vəkillərini özünə tərəf cəlb etməyə çalışır. Həmçinin, Ruben Vardanyan Qarabağla bağlı bəyanatını və Rusiyadan imtinasını ona görə bəyan edib ki, Fransada leqallaşsa bilsin. Rusiyalı jurnalist hesab edir ki, bu cəhdlər sadəcə biznes maraqlarıdır, başqa heç nə...Şevçenkoya görə, mümkündür ki, Vardanyan Qarabağ ermənilərinə görə təəssüf hisləri keçirsin, ancaq o Bakıya gedib soydaşlarına kömək etsəydi daha yaxşı olardı. O əlavə edib ki, Vardanyan istədiyi vaxt İstanbula gedə bilər, ancaq o, Bakıya da gedərək müəyyən dairələrlə görüşməklə öz yardımını təklif edə bilərdi.
“Vardanyan hansısa “müqəddəs erməni torpaqlarından”, “erməni sivilizasiyasının beşiyindən” danışmağa başladı, hansısa metafizik sərsəmləmələrə yol verir”
SİTAT: “Düşünək ki, o Bakıya gedərək bunları deyə bilərdi: “ Gəlin Qarabağ erməniləri ilə sizin münasibətinizi tənzimləməyinizə yardım edib. Mən münasibətlərin tənzimlənməsinə kömək edə bilərəm, mən Azərbaycanın erməni əhalisinə başa sala bilərəm ki, heç nədən qorxmaq lazım deyil. Bax bu real kömək olardı. Ancaq yox, o hansısa “müqəddəs erməni torpaqlarından”, “erməni sivilizasiyasının beşiyindən” danışmağa başladı, hansısa metafizik sərsəmləmələrə yol verir. Lap Paşinyanın 2018-ci ildə başlatdığı siyasi karyerasında “Böyük Tiqran” və hansısa “qədim köklər” haqqında bəhs etdiyi kimi. Bu hansı real situasiyaya aid ola bilşər? Heç bir!”
“Azərbaycan Prezidentinin və vitse-prezidentinin Qarabağı öz vətənləri hesab edən ermənilərə ünvanladıqları fikirləri də var”
Şevçenko həmçinin əlavə edib ki, müharibədə qalib gələn Azərbaycan var və bu ölkə Laçını da azad etdi və göstərdi ki, bənzər hallar eyni ruhda sonra da davam edə bilər. “Müharibə istəməyən Azərbaycan rəhbərliyinin və xalqının xoş məramı var və onlara (Qarabağ ermənilərinə) tərəf əl uzadırlar ki, razılıqlara gəlinsin. Azərbaycan Prezidentinin və vitse-prezidentinin Qarabağı öz vətənləri hesab edən ermənilərə ünvanladıqları fikirləri də var: “Buyurun, Azərbaycanda yaşayın. Ancaq onun qanunlarını da qəbul edin, erməni olaraq qalın, amma bu ölkənin qanunlarına tabe olun”. Vardanyan bu situasiyada öz yardımını göstərə bilərdi”.“Vardanyan öz biznes maraqlarını erməni xalqının hesabına həll etmək istəyir və xalqı yeni metafizik əsaslarla növbəti konftontasiyaya doğru sürükləyir”“Əgər sən Moskvanın mərkəzində biznesini idarə edirsənsə demək ki, Qod Nisanovla, Araz Aqalarovla da tanışsan, çətin ki, onlar bir-birinə qarşı qəzəblə baxsınlar”, deyən Şevşenkoya görə onlar daha çox bir-birləri ilə danışırlar, müzakirələr aparırlar: “Mövcud məsələ ilə bağlı yardım etmək olardı, ancaq yox, Vardanyan öz biznes maraqlarını erməni xalqının hesabına həll etmək istəyir və xalqı yeni metafizik əsaslarla növbəti konftontasiyaya doğru sürükləyir. Mən hesab edirəm ki, bu cinayətkar bir mövqedir”, deyə Maksim Şevçenko sözlərini yekunlaşdırıb.

Rövşən RƏSULOV

Digər xəbərlər