PDF Oxu

Siyasət

  • 2 491

"Ermənistan özünün müsbət obrazını yaratmağa çalışır" - POLİTOLOQ ŞƏRH ETDİ

"Ermənistan özünün müsbət obrazını yaratmağa çalışır" - POLİTOLOQ ŞƏRH ETDİ

"Biz artıq neçənci dəfədir ki, Paşinyanın sülh prosesinə hazır olması ilə bağlı açıqlamalarını eşidirik". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.Onun sözlərinə görə, lakin təəssüf ki, onun açıqlamaları atdığı addımlarla üst-üstə düşmür və bir-biri ilə ziddiyət təşkil edir: "Belə ki, sülh prosesinə hazır olduğunu deyən Paşinyan yaxşı bilir ki, sülhə aparan yol ilk növbədə üçtərəfli bəyanatda nəzərdə tutulmuş öhdəliklərin icrasından keçir. Başqa sözlə desək, erməni silahlı birləşmələrinin qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılmasından, kommunikasiya xətlərinin və nəqliyyat dəhlizlərinin açılmasından, sərhədlərin delimitasiya və demorkasiyasından və ən nəhayət Azərbaycanın ərazi bütövlüyünü tanımasından keçir. Sadalanan öhdəliklərin icrası ilə bağlı hər hansı bir əməli addım atmayan və bu istiqamətdə yaradılmış ayrı-ayrı komissiyaların fəaliyyətini tormozlayan tərəf məhz Ermənistandır və odur ki, indi Paşinyanın yenidən sülhə hazır olması ilə bağlı verdiyi bəyanat sadəcə beynəlxalq ictimai rəydə Ermənistanın müsbət obrazını yaratmağa hesablanıb. Çünki xüsusilə keçirilmiş son dörd Brüssel görüşündən sonra əldə edilmiş razılışmaların icrası ilə bağlı öhdəlikləri yerinə yetirməyən Ermənistana qərb dairələrindən də müəyyən təzyiqlərin olduğu məlumdur. Digər bir tərəfdən isə danışıqlar prossesinin Avropa İttifaqı vasitəçiliyi ilə keçirilməsinə qısqanc yanaşan Rusiya faktoru da var. Rusiya 44 günlük Vətən savaşından sonra faktiki olaraq təkbaşına həyata keçirdiyi vasitəçilik missiyasını Avropa institutları ilə bölüşmək istəmir".Politoloq sözlərinə əlavə edərək bildirdi ki, çünki digər vasitəçilərin də mövcudluğu Rusiyanı tərəflərə təzyiq imkanlarını itirmək təhlükəsi ilə üz-üzə qoyur ki, Rusiya da bununla heç bir halda razılaşmaq istəmir: " Yəni başqa sözlə desək Brüsseldə keçirilən hər danışıqlardan sonra baş verən təxribatlar bir tərəfdən Ermənistana lazımdırsa, digər bir tərəfdən də Rusiyaya lazımdır. Təxribatların cavabsız qalmayacağını kifayət qədər yaxşı dərk edən Paşinyan hakimiyyəti vəziyyətin gərginləşməsindən danışıqlar prossesini uzatmaq üçün istifadə edir. Rusiya isə hər təxribatlar nəticəsində gərginləşən münasibətlərlə Brüssel danışıqlarının əhəmiyyətsiz olması ilə bağlı rəy formlaşdırır. Noyabrda keçirilməsi nəzərdə tutulan görüşə gəldikdə isə, məlumdur ki, son Brüssel görüşündə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə bir ay ərzində sülh müqavilsinin hazırlanması ilə bağlı konkret tapşırıqlar verilib və noyabrda keçiriləcək görüşün də məhz hazırlanacaq sənədin müzakirəsinə həsr olunacağı qənaətindəyəm. Amma yenə deyirəm nə qədər ki, Avropa İttifaqı və ümumilikdə Qərb dövlətləri Ermənistana açıq şəkildə təzyiq göstərməyəcəklərsə bu prosses uzanacaq. Yəni daha açıq desək Ermənistana Rusiyanın boyunduruğundan çıxmaq üçün konkret təzyiq göstərilməlidir".

Müəllif: Qönçə Quliyeva

Digər xəbərlər