PDF Oxu

Siyasət

  • 3 872

"Kəlbəcərdə törədilən dağıntılar əsl vandalizm aktıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Kəlbəcərdə törədilən dağıntılar əsl vandalizm aktıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Məlum olduğu kimi, ötən əsrin 90-cı illərindən başlayaraq Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən beynəlxalq hüququn əsas norma və prinsipləri pozulmaqla Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisinə və ona bitişik rayonlarına silahlı hərbi təcavüz aktları başlayıb. Ermənistanın və havadarlarının cinayətkar işğal siyasəti nəticəsində Azərbaycan Respublikasının digər rayonları ilə yanaşı 1993-cü ilin aprel ayının əvvələrində hərbi təcavüz nəticəsində Kəlbəcər rayonu da işğal olunub. İşğal nəticəsində rayonun 53 min nəfərdən çox əhalisi öz dədə-baba yurdundan didərgin düşüb. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb". Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.Onun sözlərinə görə, Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür: "İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarca tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabazara çevrilib.Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin bütün digər qətnamələr kimi həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilmədi".Deputat sözlərinə belə davam edib: "Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun 44 günlük Zəfər yürüşü doğma Qarabağımızı azadlığa qovuşdurmaqla yanaşı, tarixi, mədəni, dini irsimizi də erməni vandallarından xilas etdi. Cəsur oğullarımız qəhrəmanlıqları ilə tariximizin səhifələrini qaralamağa, silməyə, saxtalaşdırmağa, təməlini laxlatmağa çalışan ermənilərə layiqli dərs verərək onları yerinə otuzdurdular.

Vətən Müharibəsindən sonra faşist xislətli barbar ermənilərin 30 il ərzində işğal altında saxladıqları Qarabağda dünyada misli görünməmiş talançılıqla məşğul olduqları, bütün tarixi, mədəni, dini abidələrimizi məhv edikləri üzə çıxdı.İşğaldan öncə Kəlbəcərdə ümumilikdə 51 tarix-memarlıq abidəsi, 82 mədəniyyət evi və klub, 80 kitabxana, 1 musiqi məktəbi, 1 muzey fəaliyyət göstərib. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu müddət ərzində işğal atında olan Kəlbəcərimizdən də əsər əlamət qalmamışdır. Ermənistanın işğalı nəticəsində Kəlbəcərdə törədilən dağıntılar digər rayonlarda olduğu kimi əsl vandalizm aktıdır.Bu barədə dünyanın müxtəlif media orqanlarının və beynəlxalq təşkilatların hesabat və məqalələrində birçox material dərc olunmuşdur. Məsələn Fransanın “Le Monde” qəzetində jurnalist Pol Tavinyon Kəlbəcərin tamamilə darmadağın edildiyini diqqətə çatdırdığı məqalədə qeyd edir: “Yolboyu Azərbaycan kəndlərinin xarabalıqları, eləcə də ermənilərin buraları tərk edərkən yandırdıqları damsız evləri görmək olar. Yol boyunca dağıdılmış, partladılmış elektrik stansiyaları da görünür. Bəzi körpülər də tamamilə dağıdılıb".İşğaldan azad olunmuş ərazilərin ekoloji vəziyyətinin monitorinqi zamanı ərazilərimizin ekoloji vandalizmə məruz qaldığı da təsdiqlənib. Kəlbəcər rayonunda ermənilər tərəfindən təbiətə qarşı ekoloji cinayətlər həyata keçirilib, xüsusən yol ətrafında xeyli sayda ağac kəsilib, çoxillik təbiət abidələri məhv edilib, təbii sərvətlər talan olunub.İşğala son qoyulduqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda olublar. Dövlət başçısı Kəlbəcər şəhərində Azərbaycan bayrağını ucaldıb. Hazırda Kəlbəcərdə bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, rayon dirçəldilir.
Bu yaxınlarda ermənilər təxribata əl ataraq Kəlbəcər bölgəsini atəşə tutmuşlar, onların təxribatı alınmamış, Azərbaycan Ordusu tərəfindən cavab atəşi ilə susdurulmuşdur. Görünən budur ki, rəsmi İrəvan təxribatdan əl çəkmək istəmir. Lakin Ermənistan öz gələcəyi haqqında düşünüb, sülh naminə addımlar atmalı və imzaladığı sənədlərə uyğun hərəkət etməlidir. Ermənilər hələdə minalanmış bölgələrin xəritələrini tam olaraq təqdim etməmişdir. Bu nəticədə düşmən tərəfindən basdırılmış minalar insan və digər canlıların həyatlarını təhlükəyə atmaqda davam edir.Azərbaycan Prezidentinin Kəlbəcər və Laçın rayonlarına səfərləri, bu bölgədə, ümumiyyətlə, işğaldan azad edilmiş Qarabağ ərazilərində aparılan tarixi quruculuq və bərpa işləri erməniləri və havadarlarını narahat etsə də Kəlbəcərin 71 000-dən çox əhalisini və xalqımızı sevindirir, onlara doğma yurda qayıdış gününün başlamasına az qaldığı müjdəsini verir.Ermənilər istəməsə də, təxribatlar törədib, gözümüzü qorxutmaq kimi bir niyyətləri olsa da, biz artıq 90-cı illərin Azərbaycanı deyilik biz "böyük köçə" başlamışıq və tarixi qayıdışımız davam edir!".

Ayşən Vəli

Digər xəbərlər