PDF Oxu

Siyasət

  • 3 366

“Siyasi Partiyalar haqqında” yeni qanunun hazırlanması zamanın tələbidir - DEPUTATIN ŞƏRHİ

“Siyasi Partiyalar haqqında” yeni qanunun hazırlanması zamanın tələbidir - DEPUTATIN ŞƏRHİ

“Siyasi Partiyalar haqqında” yeni qanunun hazırlanması zamanın tələbidir. Azərbaycan iqtisadi cəhətdən inkişaf edib, 44 günlük müharibədə qələbə qazanmaqla regional mövqelərini gücləndirib, beynəlxalq arenada təsir imkanlarını artırıb. Hazlrda qüvvədə olan “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanunu 1992-ci il 3 iyun tarixində qəbul edilib. Bu qanunun qəbulundan keçən 30 il müddət ərzində ölkəmizdə çox dəyişiklik olub və dəyişikliklər Milli Məclis tərəfindən bu istiqamətdə müəyyən addımların atılmasını zəruri edirdi. Bütün bunlar siyasi partiyalara münasibətdə yeni yanaşmalar tələb edir. Layihənin hazırlanması prosesində mövcud demokratiklik və şəffaflıq bütün siyasi partiyaların iştirakının tam olaraq təmin ediləcəyinə bir işarədir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Aydın Hüseynov deyib.Millət vəkili bildirib ki, Milli Məclis Qanun layihəsinin hazırlanması barədə bu ilin iyulun 26-da xəbər verilib: “Partiyalar və onların rəhbərləri yeni qanunun hansı maddələrində hansı dəyişikliklərin olacağı barədə müzakirələrin aparılacağından məlumatlı idilər. Yəni, bütün siyasi partiyalar qanunun hazırlanmasında yaxından iştirak edirlər. Parlamentdə təmsil olunan partiyalarla yanaşı digər partiyalar da öz təkliflərini göndərə və onun qanunda öz əksini tapması üçün tutarlı arqumentlərə sahib olmalıdırlar. İlk dəfə olaraq qanun layihəsi Milli Məclisin plenar iclasına, həmçinin komitələrin iclasına çıxarılmazdan əvvəl Milli Məclisin saytında yerləşdirilib. Sentyabrın 28-nə isə qanun layihəsinin ilk ictimai dinləmənin keçirilməsi təyin edilib. Kifayət qədər vaxt var ki, partiyalarda müzakirələr keçirilsin və təkliflər müzakirəyə çıxarılsın. Bu gün siyasi münasibətlərə baxış dəyişib və ölkədə formalaşan yeni siyasi düzən “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması zərurətini ortaya çıxarıb".

sia.az

Digər xəbərlər