PDF Oxu

Siyasət

  • 3 373

“Müxalifətə xaricdən məkrli planlar təqdim olunur” - AÇIQLAMA

“Müxalifətə xaricdən məkrli planlar təqdim olunur” - AÇIQLAMA

“Azərbaycanda internet çıxış sərbəstdir. Burda heç bir senzura yoxdur, kim nə istəsə onu da sosial şəbəkələrdə yazır. Yəni reallığa uyğun olub, olmamasından asılı olmayaraq yazırlar”. Bunu “Səs” qəzetinə açıqlamasında Təkamül Partiyasının sədri Teyyub Qənioğlu deyib.Onun sözlərinə görə, radikal müxalifətə ölkədə sabitliyin bərqərar olması sərf etmir: “Çünki bunların əsas məsələsi də bulanlıq suda balıq tutmaqdır. Hətta istəkləri ondan ibarətdir ki, ölkədə nə isə bir xoşagəlməz bir vəziyyət yaransın. Azərbaycan ordusunun 44 günlük Zəfər mübarizəsində qazandığı qələbə bir çoxlarını xüsusilə də, xaricidə ola qüvvələrin xoşuna gəlmir. Parlaq qələbəmizə qısqanclıq hissi ilə yanaşırlar. Azərbaycan dövlətinin əldə etdiyi uğurlara qısqanclıq hissi ilə yanaşan qüvvələr indi də çalışırlar ki, Azərbaycanda vəziyyəti qarışdırsınlar”.T.Qənioğlu bildirdi ki, artıq Ermənistan daxilində vəziyyət çox gərgindir: “Təbii ki, regionun qarışması üçün təkcə Ermənistanda aranın qarışması kifayət etmir. Azərbaycanda da vəziyyətin gərginləşməsini istəyirlər. Bunu da kimin əli ilə etmək olar? Əlbəttə daxildə olan radikal müxalifətin əli ilə. Bəzi müxalif partiya sədrlərinə xaricdən məkrli planlar təqdim olunur. Amma düşünürəm ki, istəkləri baş tutmayacaq. Çünki müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Azərbaycan xalqı kimin nə olduğunu çox yaxşı bilir. Kimin nə istəməsindən və etməsindən asılı olmayaraq Azərbaycan cəmiyyətində sabitlik qorunub saxlanılacaqdır. İstər ölkə xaricində olan qüvvələr, istərsə də ölkə daxilində olan qüvvələrin məkrli istəkləri heç vaxt baş tutmayacaq”.

Müəllif: Gülyana

Digər xəbərlər