Artıq yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də ardıcıl həyata keçirilən uğurlu islahatlar, dövlət proqramları təhsili yeni inkişaf dövrünə qədəm qoymasına səbəb olub. Respublikanın ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin bilikli, savadlı böyüməsi üçün təhsil müəssisələrində yaradılan şərait dövlətimizin qüdrətli, dinamik inkişafda olduğunu göstərən amillərdəndir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin xüsusi diqqəti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qayğısı nəticəsində həyata keçirilən proqramlar, layihələr təhsildə əldə edilən uğurların sayını artırır.Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanmış müvafiq sərəncamlara əsasən, regionlarda modul tipli məktəblər quraşdırılıb, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işləri uğurla həyata keçirilib və bu davam etməkdədir. Bu istiqamətdə həyata keçirilən tədbirlər təhsil infrastrukturunun müasirləşdirilməsinə və keyfiyyət göstəricilərinin daha da artırılmasına imkan verir.
YENİ TƏDRİS İLİNDƏ MÜASİR MƏKTƏB BİNALARI ŞAGİRDLƏRİN İSTİFADƏSİNƏ VERİLİR
Bakının Suraxanı rayonunda yeni inşa edilmiş 87 saylı məktəb kompleksi də yaradılan şəraitlə tanış olub. Bakının Suraxanı rayonunda yeni inşa edilmiş 87 saylı məktəb kompleksi də müasir standartlara uyğun olaraq tikilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni inşa edilmiş 87 saylı məktəb kompleksində yaradılan şəraitlə tanış olub. 1928-ci ildə inşa edilən təhsil ocağında müxtəlif illərdə təmir-bərpa işləri görülsə də, sıxlıq səbəbindən məktəbin əsaslı şəkildə yenidən qurulmasına ehtiyac yaranmışdı. Məktəbin 790 şagird yerlik binasında 54 sinif otağı olub. Azərbaycan Prezidentinin "Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında" 2020-ci il 5 may, 2021-ci il 8 may, 2022-ci il 27 aprel tarixli sərəncamlarının icrası ilə əlaqədar məktəbin binası əsaslı təmir edilib və köhnə korpus sökülərək yerində yenisi tikilib. Artıq burada 2304 şagirdin təhsil ala bilməsi üçün bütün imkanlar yaradılıb. Yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcək müasir məktəb binası 82 sinif otağından ibarətdir.
Əlbəttə ki, məktəblərin infrastrukturunun tamamilə yenilənməsi Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir təzahürüdür. Belə ki, Cənab Prezidentin Bakının Nəsimi rayonunda yeni korpusu tikilən 35 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olması məhz təhsilimizə ayrılan diqqətdir. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır.
1931-ci ildən fəaliyyət göstərən 35 nömrəli tam orta məktəb tamamilə yenidən qurulub, təhsil ocağının 1931-1935-ci illərdə inşa edilmiş köhnə korpusu sökülərək yenidən inşa olunub. Məktəbin 888 şagird yerlik yeni binasında 24 sinif, informatika, əmək, hərbi hazırlıq, xarici dil, musiqi, rəsm, tibb otaqları, fizika, kimya və biologiya laboratoriyaları, kitabxana, yeməkxana və akt zalı yaradılıb. Prezident İlham Əliyev məktəbin yeni binasının çağırışa qədər hərbi hazırlıq otağında, ekosinifdə, biologiya kabinetində, informatika və rəsm otaqlarında, yeməkxanada, əmək otağında və fizika kabinetində yaradılan şəraitlə tanış olub. Müasir məktəblərin tikilərək istifadəyə verilməsi, təhsil müəssisələrində bərpa və yenidənqurma işlərinin ardıcıl xarakter alması da bu prosesin tərkib hissəsidir. Bu strategiyaya Heydər Əliyev Fondu da 2005-ci ildən icra olunan "Yeniləşən Azərbaycana - yeni məktəb" proqramı ilə davamlı şəkildə dəstək verir.
TƏHSİLƏ AYRILAN PUL GƏLƏCƏYƏ YATIRILAN SƏRMAYƏDİR
Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayə deməkdir. Dövlətimiz bu baxımdan hazırda dünyada lider ölkələrdən biridir. Heç bir ölkədə qısa müddət ərzində bu sayda məktəb tikilməyib və yenidən qurulmayıb. Çox mühüm amillərdən biri də odur ki, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələri ən müasir tədris avadanlığı ilə təchiz edilir. Heydər Əliyev Fondu "Yeniləşən Azərbaycana yeni məktəb", "İnternat məktəblərinin inkişaf proqramı", "Təhsilə dəstək" kimi layihələri də uğurla davam etdirir. Ümumtəhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir və bu, təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Son illərdə çoxlu sayda yeni məktəb binasının və korpusların inşası, mövcud təhsil müəssisələrinin yüksək səviyyədə yenidən qurulması, onların zəruri tədris avadanlığı ilə təchiz olunması təhsil sahəsinin müasirləşdirilməsi istiqamətində həyata keçirilən işlərin tərkib hissəsidir. Bu gün paytaxt Bakı ilə yanaşı, ölkəmizin bölgələrində də müasir tipli təhsil müəssisələri şagrdlərin ixiyarına verilir. Ölkənin bütün regionları kimi Şamaxı, İmişli və digər rayonlarında da yeni tipli məktəblər istifadəyə verilib. Yeni açılan məktəblərdə müasir tədris avadanlıqları ilə təchiz olunmuş sinif otaqları, laboratoriya, kompüter otağı, akt zalı, idman zalı, hərbi hazırlıq otağı və kitabxana var. Görülən işlər deməyə əsas verir ki, təhsil müəssisəsində şagirdlərin elmin sirlərinə dərindən yiyələnmələri üçün hərtərəfli yüksək səviyyədə şərait mövcuddur.Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb.
Zümrüd BAYRAMOVA