"4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgilərində Azərbaycan qalib ölkə kimi iştirak edir". Bu sölzəri SİA-ya açıqlamasında hərbi ekspert Alparslan İmamqulu deyib.Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra Ali Baş Komandan İlham Əliyevin müdafiə sənayesinə xüsusi diqqət yetirməsi, müttəfiq olduğumuz dövlətlərlə bir sıra sahələrdə əməkdaşlıq etməyimiz və 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgilərində iştirak etməsi strateji əhəmiyyət daşıyır: "Azərbaycan silahlı qüvvələrinin inkişafı istiqamətində bir sıra yüksək texnoloji vasitələrin əldə olunmasında, müdafiə sənayesinin inkişaf etdirilməsi istiqamətində işlər görür. Daha əvvəl milli sənayemizin istehsal etdiyi bir çox texnoloji vasitələr xarici bazarlara ixrac olunur. Azərbaycan artıq bunu qalib ölkə olaraq edir. Bunun həmçinin iqtisadi cəhətdən də müsbət tərəfləri var. Azərbaycanın 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgilərində iştirak etməsi strateji əhəmiyyəti var və bu sərgilər ölkəmizə bir çox nailiyyətlər qazandıracaq".
Arzu Qurbanlı