"Ermənistan təxribatları ona görə törədir ki, öz tərəfdarlarına və beynəlxalq təşkilatlara münaqişənin bitmədiyini göstərsin". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirib.Onun sözlərinə görə, guya Azərbaycan erməni əsgərlərinə atəş açır və ermənilər münaqişənin həlli üçün beynəlxalq təşkilatları yenidən bu məsələyə cəlb etmək istəyir: "Ermənistan tərəfi yenə də təxribatlar törətməyə davam edəcək. Çünki münaqişənin həllinə hazır deyil. Ermənistan üzərinə götürdüyü öhdəlikləri həll etmək istəmir. Ermənistan əgər bu istiqamətdə təxribatları davam etdirmək istəyirsə yenidən dəmir yumruqla üzləşəcək. Çünki 30 il erməni tərəfi bu cür təxribatlar törədərək danışıqların imitasiyasını ləngidib. Onlar yenə də bu yolu seçdilər. Azərbaycan Ermənistanı üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə məcur edəcək. Onlar ərazi iddialarına son qoymalı və sülh müqaviləsini imzalamalıdır. Əks halda Ermənistan tərəfi çox ciddi itkilər verəcək. Onların digər məqsədi isə Rusiya zəiflədiyi üçün özlərinə yeni bir qüvvə axtarmaqdır. Eyni zamanda Ermənistan hələ də Rusiyadan qorxur. Ona görə də onlar bu cür təxribatlar həyata keçirirlər ki, diqqəti özlərinə cəlb etsinlər”.
Müəllif: Abutel İlhamqızı