PDF Oxu

Siyasət

  • 3 063

Azərbaycandan Ermənistana humanistlik dərsi - TƏHLİL

Azərbaycandan Ermənistana humanistlik dərsi - TƏHLİL

Şarl Mişel 5 erməni hərbçinin qarşı tərəfə təhvil verilməsini alqışlayıb

Azərbaycan dövləti həmişə olduğu kimi, 44 günlük Vətən müharibəsində Zəfər qazanarkən də, eləcə də savaşdan sonrakı dönəmdə də humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirib. Son 17 ildə (2003-2020-ci illərdə) İlham Əliyev keçirdiyi bütün görüşlərdə səsləndirdiyi fikirlərlə, sərgilədiyi mövqe ilə bu prinsipə sadiqliyini sübuta yetirdi. Həmçinin beynəlxalq güclərin diqqətini illərlə görməzdən gəldikləri, bölgənin inkişafını əngəlləyən, sülh və sabitliyə təhlükə yaradan Qarabağ probleminə cəlb etdi. Lakin Azərbaycanın bu mövqeyindən işğalçı Ermənistan nəticə çıxarmadı. Əksinə, işğal etdiyi Azərbaycan torpaqlarında qanunsuz məskunlaşma siyasəti həyata keçirməklə yanaşı, şəhər və kəndlərimizi yerləyeksan edərək tariximizi, irsimizi silməyə çalışdı. Həmçinin, bu azmış kimi havadarlarına arxalanaraq Azərbaycana qarşı dəfələrlə cəbhə xəttində təxribatlar törətməklə öz çirkin əməllərindən əl çəkmədi. Bütün bunlar isə Azərbaycanın səbr kasasını doldurdu və nəticəsi də işğalçıya çox ağır başa gəldi. Ali Baş Komandan, Prezident İlham Əliyev «Dəmir Yumruq» siyasəti ilə güclü Azərbaycan Ordusunun rəşadətli əsgər və zabitlərinin igidliyi ilə Ermənistanı 44 gün ərzində diz çökdürdü. Və məğlub düşmən düşdüyü acınacaqlı durumdan qurtulması, daha çox itki verməməsi üçün Azərbaycan Prezidentindən mərhəmət istədi. Sözsüz ki, Ermənistan rəhbərliyi yaxşı bilirdi ki, Azərbaycan Prezidenti buna "yox" deməyəcək. Ancaq məğlub ölkə bu humanistliyin qarşısında bu gün də sülh danışıqlarından, müqavilənin imzalanmasından yayınır, olmayan "Dağlıq Qarabağ"dan, "status"dan söz açıb müxtəlif iddialar səsləndirirlər. Bu təəccüblü də deyil, çünki Ermənistanın xisləti budur – sözünə, vədinə yalan çıxmaq.
Azərbaycanını növbəti humanistliyi – 5 erməni hərbçisini qarşı tərəfə təhvil verdi
Azərbaycan yenə də humanistliyini nümayiş etdirərək beş erməni hərbçisini qarşı tərəfə təhvil verib. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə Azərbaycan Respublikası humanizm prinsiplərini rəhbər tutaraq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 31 avqust 2022-ci il tarixdə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə aparılmış müzakirələrin nəticəsində əldə edilmiş ikitərəfli razılaşmaya əsasən, sentyabrın 8-də aşağıda adları qeyd olunan 5 nəfər Ermənistan hərbçisini azad etmiş və Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfə təhvil vermişdir.
Aİ Şurasının Prezidenti Şarl Mişel Şarl 5 erməni hərbçinin qarşı tərəfə təhvil verilməsini alqışlayıb
Aİ Şurasının Prezidenti Şarl Mişel Brüsseldəki müzakirələrdən sonra daha 5 erməni hərbçinin Bakı tərəfindən təhvil verilməsini alqışlayıb. Və bildirib ki, həll edilməmiş bütün humanitar məsələləri həlli əsas prioritetdir.Xatırladaq ki, Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 31 avqust 2022-ci il tarixdə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə aparılmış müzakirələrin nəticəsində əldə edilmiş ikitərəfli razılaşmaya əsasən, sentyabrın 8-də 5 nəfər Ermənistan hərbçisini azad edib və Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfə təhvil verib.
Toyvo Klaar Azərbaycanın beş erməni hərbçini qarşı tərəfə təhvil verməsini əhəmiyyətli humanitar jest adlandırıb
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 31 avqust 2022-ci il tarixdə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən sonra Azərbaycanın ötən gün beş erməni hərbçini qarşı tərəfə təhvil verməsini alqışlayıb.Toyvo Klaar bu barədə tviter hesabında yazıb. O, bunu əhəmiyyətli humanitar jest adlandırıb və təhvil-təslim prosesinin vasitəçilər olmadan baş tutmasını diqqətəlayiq sayıb.
Biz həmişə humanizm prinsipinin aliliyini əsas götürmüşük və bundan sonra da işi bu istiqamətdə davam etdirmək niyyətindəyik
Bəli, budur, Azərbaycan Prezidentiinin humanistliyi. “Biz həmişə humanizm prinsipinin aliliyini əsas götürmüşük və bundan sonra da işi bu istiqamətdə davam etdirmək niyyətindəyik. Biz Ermənistan tərəfindən də regionda vəziyyətin daha artıq dərəcədə proqnozlaşdırıla bilən olması üçün şərait yaradılması niyyətini görürük. Mən dəfələrlə demişəm, biz Azərbaycanda Ermənistan ilə çoxillik qarşıdurma səhifəsini çevirmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmindəyik və düşünürəm ki, məhz bu formatda öz məqsədlərimizə çatacağıq”,-deyən Prezident İlham Əliyev bildirib ki, bundan sonra da işi bu istiqamətdə davam etdirmək niyyətindəyik. Bu, Prezident İlham Əliyevin yürütdüyü müdrik və ardıcıl siyasətin növbəti böyük uğurudur. Dövlət başçısı İlham Əliyevin çıxışlarında səsləndirdiyi “Biz sülh istəyirik, müharibə istəmirik. Biz müharibəni udduq, biz qalibik və bu reallıq nəzərə alınmalıdır. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Dağlıq Qarabağın qondarma statusu ilə bağlı və ya buna bənzər hər hansı müzakirələrə qayıdış yoxdur” bəyanatında da bu çağırışlar özünü aydın şəkildə göstərir ki, Ermənistan reallıqları qəbul etməli, bölgə dövlətləri arasında münasibətlər bu reallıqlar əsasında qurulmalıdır və başqa çıxış yolu yoxdur, çıxış yolu Azərbaycanla hesablaşmaqdır və yenə də əgər öz çirkin ənənəsinə sadiq qalarsa, o zaman humanizm yox, “Dəmir yumruq” işə düşmək məcburiyyətində qalacaq.və bu ölkə yenə də acınacaqlı duruma düşəcək.
RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər