PDF Oxu

Siyasət

  • 2 078

İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır ŞƏRH

İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 1-2 tarixlərində İtaliya Respublikasına işgüzar səfəri bir daha təsdiqlədi ki, iki ölkə arasında münasibətlərin inkişaf dinamikası yüksəkdir və müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələri daim genişlənir. Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasından artıq 30 il keçir. Bu iki ölkənin əməkdaşlığı getdikcə genişlənir və müxtəlif sahələri əhatə edir. Bu gün bizim ticarət tərəfdaşlarımız sırasında İtaliya ön yeri tutur. Azərbaycan-İtaliya strateji tərəfdaşlığı və çoxtərəfli münasibətləri getdikcə daha da şaxələnir. Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri, aparılan danışıqlar, keçirilən mühüm görüşlərdə səslənən fikirlər də bunu bir daha təsdiqləyir. Səfər çərçivəsində çox mühüm tarixi hadisələr yaşandı, Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasının açılışı oldu və binada ilk tədbir İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi oldu.Ölkə başçısı İlham Əliyev Romada İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimindən sonra etdiyi çıxış zamanı bildirib ki, bu gün İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır. Bu gün İtaliya-Azərbaycan münasibətləri siyasi, müdafiə, iqtisadi-ticarət, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəni, elmi, turizm, idman, qida təhlükəsizliyi, paytaxtlar səviyyəsində əməkdaşlıq sahələri olmaqla bir neçə istiqamətləri əhatə edir. Azərbaycan-İtaliya münasibətlərini daha da dərinləşdirən sahələrdən bəri enerji sektorudur. Enerji sektorunda yüksələn və dərinləşdirilən münasibətlərimiz digər sahələrdə fundamental, əsaslı zəmin formalaşdırmış, onların inkişafına daha da təkan vermişdir.Nəhəng qaz yataqlarının istismarı ilə bağlı olaraq qaz təchizatı üçün boru kəmərinin inşasının ehtiyacının labüd olduğunu vurğulayan Cənab Prezident Cənub Qaz dəhlizi vasitəsilə Avropaya təbii qaz ixracını iki dəfə artırmaq planından əminliklə söhbət açıb. Bunun üçün isə vacib addımların atılmasını nəzərə çatdıran Prezident hər cür imkanları genişləndirməyin qarşıda məqsəd olaraq dayandığını bildirmişdir. Prezident İlham Əliyevin İtaliyaya səfərində qarşılıqlı münasibətlərin inkişafı üçün çox böyük müzakirələr aparılmışdır ki, bu isə yüksək səviyyədə sonluqla nəticələnmişdir. Belə ki, İtaliya prezidenti Sergio Mattarella və baş nazir Mario Draqi Prezident İlham Əliyevlə olan siyasi dialoqlarda məmnunluq ifadəsini gizlətməmişdir. 2 ölkə arasında davamlı səfərlərin nəticəsi olan 48-ci Beynəlxalq Çernobbio Forumuna olan görüş gələcəkdə bu əlaqələrin inkişafında yeni imkanlar açacaq ki, hər iki ölkənin parlamenti qanunverici orqan olaraq bunu dəstəkləməkdədir.Azərbaycan Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı çərçivəsində fəal əməkdaşlıq edir. İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşmasını, Azərbaycanın NATO ilə daha sıx əməkdaşlıq qurmaq səylərini dəstəkləyib. Əlbəttə, bu gün Bakını İtaliya sahilləri ilə birləşdirən 3500 kilometrlik enerji körpüsü enerji təhlükəsizliyi körpüsüdür. Görünən odur ki, İtaliya Azərbaycanın karbohidrogen resurslarını Avropanın digər yerlərinə ötürəcək ölkə olacaq. İtaliya dövlətinin başçısı tərəfindən 2020-ci ilin İtaliyada «Azərbaycan Mədəniyyəti İli» elan olunması ölkəmizin mədəniyyətinin İtaliyada və Avropada daha geniş kütlələrə çatdırılmasına, xalqlararası təmasların daha da güclənməsinə və Azərbaycan-İtaliya əlaqələrinin daha da genişlənməsində böyük rol oynayır.

Laçın İsmayılov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədr müavini

Digər xəbərlər