10 sentyabr 2022-ci il tarixdə Tərtər rayonu Kəngərli kəndində Vətən müharibəsi şəhidi Qənbərli Qənbər Bəhruz oğlunun doğum günü qeyd olunub. Şəhidin doğum günündə Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayon təşkilatının əməkdaşları və YAP fəalları, Tərtər rayon İcra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, ərazi partiya təşkilat sədrləri, şəhid ailələri, qazilər, ziyalılar, ağsaqqallar, kənd sakinləri Şəhidin məzarını ziyarət edərək, xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxunub. Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onun göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilmişdir. Ziyarət zamanı çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində xalqımıza möhtəşəm qələbə sevinci bəxş etmişdir. Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər, uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycan xalqının özünəinamını geri qaytardı. Xalqın öz Liderinə etibarını daha da möhkəmləndirdi. Bu qələbə sevincini bizlərə yaşadan oğullarımızdan biri də Qənbərli Qənbərli olmuşdur. O, şərəfli bir döyüş yolu keçmişdir. Onun göstərdiyi qəhrəmanlıq gələcək nəsillərə nümunədir. Sonra tədbir iştirakçıları şəhidin ailəsi ilə görüşüb, onun qayğı və problemləri ilə maraqlanıblar. Şəhid Qənbərli Qənbər Bəhruz oğlunun yaxınları ölkəmizdə şəhid ailələrinə dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini bildiriblər və bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini ifadə ediblər. Azərbaycan Ordusunun baş leytenantı Qənbər Qənbərli işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə sentyabrın 27-də şəhid olub. Sağlığında "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olunmuş xalqımızın zəfər qazandığı II Qarabağ müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsində ucalan qəhrəman baş leytenantımız Qənbər Qənbərli Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölümündən sonra 3 dərəcəli “Rəşadət” ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Rəfiqə