PDF Oxu

Siyasət

  • 2 610

“DƏMİR YUMRUQ”la yazılan Zəfər səlnaməsi ŞƏRH

“DƏMİR YUMRUQ”la yazılan Zəfər səlnaməsi ŞƏRH

Bəli, Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının "Dəmir Yumruq" siyasəti ilə 30 il həsrətdə qaldığımız Qarabağ Azərbaycanımıza 44 gün ərzində güclü ordumuzun rəşadətli əsgər və zabitlərimizin igidliyi ilə Qələbə qazandıq. Bu, Prezident İlham Əliyev tərəfindən son 19 il ərzində həyata keçirilən “Güclü ordu - güclü dövlət” strategiyasının və «dəmir yumruq» siyasətinin nəticəsidir. Prezident, Ali Baş Komandan İlham Əliyev ötən il iyunun 26-da Silahlı Qüvvələr Günün 103-cü ildönümü ilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündəki nitqində qürur hissi ilə qeyd edib ki, biz ilk dəfədir Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik: «İyunun 26-sı Silahlı Qüvvələr Günüdür. Bu günü biz hər il təntənə ilə qeyd edirdik. Müxtəlif tədbirlər keçirilirdi. Hər il 26 iyun tarixində hərbçilərlə görüşlər əsnasında mən deyirdim ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir»,-deyən dövlət başçısı vurğulayıb ki, bu tarixi nailiyyətdir. Bəli, Ali Baş Komandan 44 gün davam edən İkinci Vətən müharibəsində nəyi, nə vaxt edəcəyini bildiyi üçün bu Qələbə qazanıldı.2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazandığı Şanlı Qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoydu. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə başa çatdı. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi. Bu həmrəylikdən – «Dəmir yumruğa»a gedən, güclənən, möhkəmlənən Qalib Ordudur. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşuruq. Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 30 il düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi. Üçtərəfli bəyanata əsasən Dağlıq Qarabağın heç bir xüsusi statusu olmayacaq. Dağlıq Qarabağ Muxtar Vilayəti də tarixə qovuşdu. Bu bəyanat Ermənistanın kapitulyasiyasıdır.Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı: «Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".«Qarabağ Azərbaycandır! və nida» deyən Prezident İlham Əliyev bir daha xalqa verdiyi bütün vədlərə sadiq olduğunu nümayiş etdirdi.Bu gün «Dəmir yumruğ»un gücü ilə «Qarabağ Azərbaycandır!» dirçəliş yolundadır. Və bu «Dəmir yumruq» siyasəti ilə ilk öncə bu gün işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi də, məhz sözü imzası qədər qüvvətli olan Qalib Liderimiz İlham Əliyev cənablarının uğurlu diplomatiyası ilə Ermənistan Ağdam, Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə minaya dair xəritələrini Azərbaycana təhvil verib. Bu, Azərbaycan Prezidentinin həyata keçirdiyi uzaqgörən siyasətinin məntiqi nəticəsi idi. Bu, həm on minlərlə vətəndaşın, o cümlədən, minatəmizləyənlərin həyatının təhlükədən xilası deməkdir.Ən əsası isə, Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan əzad olunmuş torpaqlara davamlı səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır. Və iyulun 26-da Ali Baş Komandanımız Silahla Qüvvələr Günündə Kəlbəcər və Laçın rayonlarına səfərinin əsas səbəbini hərbiçilərlə bir yerdə olmaq olduğunu deyib: «Mənim iyunun 26-da bu rayonlara səfərimin əsas səbəbi bu gün - Silahlı Qüvvələr Günündə hərbçilərlə bir yerdə olmağımdır. Mən bu gün hərbçilərlə - yeni yaradılmış komando qüvvələri ilə Ordu Gününü Kəlbəcərdə qeyd etdim. Hesab edirəm ki, bunun çox böyük rəmzi mənası var. Hərbi xidmət nöqteyi-nəzərdən bu bölgə - Kəlbəcər-Laçın zonası həm iqlim, həm relyef, həm də təbiət baxımından bəlkə də ən çətin bölgədir. Ona görə bu gün mən burada olmalı idim, Müzəffər Ordumuzla bərabər olmalı idim, hər zaman olduğu kimi..."Ali Baş Komandan çıxışlarında, görüşlərində, müsahibələrində Ermənistandakı revanşist qüvvələrə dəfələrlə xəbərdarlıq edərək bildirir ki, onlar bunu bilsinlər ki, "Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın!.Bəli, Vətən müharibəsindəki tarixi Qələbədən sonra bu gün Azərbaycan Cənubi Qafqazda yeni reallıq yaratdı. Artıq beynəlxalq aləm də bu reallıqları qəbul edib. Ancaq Ermənistandakı revanşistlər bu reallıqlarla barışmaq istəmir. Ancaq reallıqları qəbul etməlidirlər. Ayrı yolları da yoxdur. Çünki nə vaxtsa baş qaldırsalar, başları üzərində “Dəmir yumruğ” u görəcəklər. Düşmən ölkənin siyasi və hərbi rəhbərliyi unutmamalıdır ki, Azərbaycan Ordusu 44 günlük müharibədə 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad etdi və düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Və Ermənistan unutmamalıdır ki, dövlətimizin başçısı “Nəyi, nə vaxt, necə edəcəyi”ni bildiyi üçün Ermənistanın çıxış yolu yalnız sülh sazişini imzalamaqdır. Yoxsa, Ermənistan əvvəlki illərdə olduğu kimi, yenə də bütün layihələrdən kənarda qalacaq. Bu da onsuz da ağır olan ölkədaxili vəziyyəti uçuruma daha da yaxınlaşdıracaq. Vəziyyətdən çıxış yolu yalnız sülh sazişini imzalamaq və təxribatlara son qoymaqdır, əks halda «Dəmir Yumruq» yerindədir!.

FUAD HEYDƏR,
YAP Səbail rayon təşkilatının təlimatçısı

Digər xəbərlər