Prezident İlham Əliyev: “Biz Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirməliyik və çevirəcəyik”
Düz 29 il əvvəl, 1992-ci ilin may ayında müstəqilliyimizin ağır günlər, hakimiyyət uğrunda çəkişmələr Ermənistanın Azərbaycan torpaqlarını işğal etmək planlarını həyata keçirə bilməsi üçün əlverişli zəmin yaratdı və Şuşa, Laçın işğal olundu. AXC-Müsavat cütlüyü siyasi hakimiyyətə gəlmək üçün milli xəyanətə qol qoydu. Ancaq bu gün - 29 ildən sonra isə dövlətimiz və xalqımız ən şərəfli günlərini yaşayır, tariximizin qürur doğuran səhifələri yazılır. İndi Şuşa da azaddır, Laçın, Kəlbəcər də, Ağdam da və digər işğal olunmuş rayonlar da. Hazırda işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur. Qarabağın Azərbaycana məxsusluğunu mədəniyyət müstəvisində bəyan edən “Xarıbülbül” festivalı artıq bərpa olunub.Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamı xalqına, torpağına, Vətəninə olan sonsuz sevgisinin təcəssümü, Azərbaycanın hərb meydanı ilə yanaşı, diplomatiya müstəvisində də qələbəsinin təsdiqi və dünyaya təqdimatı, Zəfərimizin tarixi təntənəsidir. Ən əsası isə, Şuşanın tarixi kimliyini bir daha özünə qaytarılması, “Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur” deyən dahi Heydər Əliyevin bu arzusunun u gün Prezident İlham Əliyev “Şuşasız işimiz yarımçıq qalar” deyərək reallaşdırılmasıdır. Bu “Dəmir yumruq” gücündən – Qarabağımızın, Şuşamızın dirçəlişinin reallaşdırılmasıdır. Bu, Qarabağın əsl sahibinin kim olduğunu dünyaya daha geniş şəkildə təqdim edilməsidir. Bu...
Qalib Liderin qətiyyətinin və uzaqgörənliyinin, “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözü ilə əməlini üst-üstə düşməsinin reallığıdır
Bəli, Müzəffər Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin 19 illik gərgin əməyinin nəticəsində formalaşan güclü Ordumuz 30 il işğal altında qalan torpaqlarımızı 44 gün ərzində azad etdi, ölkəmiz öz ərazi bütövlüyünü təmin etdi, "Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur" deyən Ulu Öndər Heydər Əliyevin arzusunu da bu gün Prezident İlham Əliyev "Şuşasız işimiz yarımçıq qalar" deyərək reallaşdırdı. Və İkinci Qarabağ savaşını “Dəmir yumruq”la qazanan Ali Baş Komandan İlham Əliyev “dəmir iradə” ilə işğaldan azad edilən şəhər və rayonları, qəsəbə və kəndləri bərpa edir, yenidən qurur və çox böyük layihələr reallaşdırır.Və bir sözlə, bu ilin bu ilin Şuşa ünvanlı, Şuşa hədəfli olması ilə dövlət başçımız həm xalqımızın, həm də dünya ictimaiyyətinin diqqətini bir daha bu qədim Azərbaycan şəhərinə yönəltmişdir. Bununla Azərbaycan dövləti Qarabağın qədim Azərbaycan torpağı və Şuşanın da əsl Azəraycan şəhəri olduğunu bir daha dünyaya çatdırır. Prezident İlham Əliyevin “Şuşa ili” çağrışı qədim Şuşa şəhərinin işğaldan azad edildikdən sonra milli memarlıq ənənələri əsasında yenidən bərpa edilməsinə geniş meydan açacaqdır. Çünki Şuşa Azərbaycan üçün, sadəcə, bir şəhər deyil, xalqımızın maddi-mənəvi dəyərlərini özündə əks etdirən rəmz, əziz məkanıdır. Belə ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən şəhərin yenidən qurulması, abadlaşdırılması diqqət mərkəzində saxlanıldı. Yolların, tarixi abidələrin bərpasına, şəhərin su, elektrik təchizatının qaydaya salınmasına xüsusi önəm verildi. Bu, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşa şəhərinə dəfələrlə etdikləri səfərlər zamanı bir daha öz təsdiqini tapdı. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Qısa müddətdə Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası, Şuşa şəhərinin regionun diplomatiya mərkəzinə çevrilməsi bir daha göstərdi ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.Beləliklə, bütün bunlar bir daha onu deməyə əsas verir ki, Şuşada beynəlxalq əhəmiyyətli toplantıların, xüsusi iclasların keçirilməsi böyük siyasi və rəmzi məna daşıyır. Ən əsası ona görə ki, Şuşaya səfər edən xarici diplomatlar, beyin mərkəzləri, dövlət xadimləri Füzuli Hava Limanına endikdən sonra "Zəfər yolu" ilə irəliləyib erməni vandalizminə və Azərbaycanın öz qüdrətinə bu torpaqlarda apardığı yenidənqurma işlərinə şahidlik edirlər. Bu da Prezident İlham Əliyevin yaratdığı yeni reallıqların dünyaya yayılması üçün mühüm addımlardan biri kimi qiymətləndirilməlidir.Bir sözlə, bu gün Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla bərabər, qarşıdan gələn dövr ərzində beynəlxalq münasibətlərin, mühüm məsələlərin müzakirə olunduğu siyasi-diplomatik mərkəz rolunda çıxış edir. Həmçinin, belə bir qısa vaxtda dünyada analoqu olmayan layihəlşərin gerçəkləşdirilməsi Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı və ən əsası Prezident İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərdi və bu gün Şuşa yenidən qurulur, özü də daha möhtəşəm, daha əzəmətli.
RƏFİQƏ KAMALQIZI