PDF Oxu

Siyasət

  • 3 014

Azərbaycan sülh üçün bütün addımları atır – DEPUTATIN ŞƏRHİ

Azərbaycan sülh üçün bütün addımları atır – DEPUTATIN ŞƏRHİ

“Azərbaycan 44 günlük müharibədə möhtəşəm qələbə qazanıb, erməni silahlı birləşmələrinin 30 illik işğalına son qoyub. Artıq Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuk işləri aparılır. Azərbaycanın qurucu, Ermənistanın isə dağıdıcı dövlət olması postmüharibə dövründə daha aydın şəkildə ortaya çıxdı. Ölkəmizin həyata keçirdiyi meqalayihələr, yeni qəsəbə və şəhərlərin inşa edilməsi, bir sözlə “Böyük Qayıdış”a hazırlıq, soydaşlarımızın vaxtilə itirdikləri doğma torpaqlara qayıtmaq və yenidən bu ərazilərdə məskunlaşmaq istəyi bunu deməyə əsas verir ki, Azərbaycan dayanıqlı sülhün bərqərar olması üçün bütün addımları atır”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.Deputat bildirib ki, bütün bunlara baxmayaraq Ermənistan tərəfi danışıqların ruhuna uyğun addımlar atmır, daha çox prosesi ləngitməyə çalışır: “Əlbəttə, Azərbaycan qalib ölkə kimi hadisələri nəzarətdə saxlayır. Ermənistana təqdim olunan sülh müqaviləsinin 5 baza prinsipləri də rəsmi Bakının tərtibidir. Bu prinsiplər beynəlxalq sənədlərə, ölkələr arasında normal münasibətlərin qurulması barədə şərtlərə tam olaraq uyğundur. Amma Ermənistanda bir pərakəndəlik hökm sürür, rəsmi İrəvanın Brüssellə danışdıqları ilə Moskva arasında çoxlu ziddiyyətlər var. Bu da beynəlxalq münasibətlər sistemində qəbulolunmazdır. Azərbaycan tərəfi Ermənistanla sərhəddə insidentlərin baş verməməsinə çalışır, amma hər gün demək olar ki, erməni sərhədçilərinin qarşı tərəfdə olan hərbçilərimizə atəş açması ilə bağlı xəbərlər gəlməkdədir. Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdəki ermənilər təxribatla məşğuldurlar. Rusiya vətəndaşlığından imtina edərək Qarabağa gələn və burada məskunlaşan erməni əsilli milyarder gəldiyi gündən yerli sakinləri təxribata sövq edir, qanunazidd addımlar atır. Sülməramlılar isə separatçı əməllərin qarşısını almaq üçün heç bir addım atmır. Bu da haqlı narazılığa səbəb olur. Halbuki, keçmiş Rusiya vətəndaşı milyarder Ruben Vardanyanın Qarabağla heç bir əlaqəsi yoxdur və heç bir zaman da Azərbaycan ərazilərində yaşamayıb. Təbii ki, bütün bunlar ciddi nəzərə alınmalıdır. Əgər bölgədə davamlı sülh istəyirsənsə, təxribatçılardan uzaq durmaq lazımdır. Əks təqdirdə Azərbaycan üçtərəfli Bəyanatdan irəli gələn şərtləri yenidən xatırlatmalı olacaq”.

sia.az

Digər xəbərlər