“Özbəkistanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının samitində Prezident İlham Əliyevin Ermənistanın baş naziri Paşinyan arasında görüş ola bilər. Düzdür, bu görüş planlaşdırılmayıb. Amma Brüssel formatında görüş keçirilib və Ermənistan tərəfi konkret razılaşmaların əməl olunmasını Azərbaycan tərəfi ilə razılaşdırıb”. Bunu politoloq Məhəmməd Əsədullazadə SİA-ya açıqlamasında deyib.Onun sözlərinə görə, Brüssel görüşündən sonra Ermənistan tərəfi mütəmadi atəşkəsi pozur, dövlət sərhədində proseslər demək olar ki, lokal döyüşləri xatırladır: “Ola bilər ki, Səmərqəndə atəşkəsin Ermənistan tərəfindən pozulması halları masaya gətirilsin. Çünki Vladimir Putin də, Rəcəb Tayyib Ərdoğan da orada olacaqdır. Bunu istisna etmirəm ki, Ermənistan-Azərbaycan məsələsi masaya yatırıla bilər. Düzdür, bu görüş qeyri-rəsmi görüş ola bilər. Səmərqəndə keçiriləcək görüşdə bu məsələ müzakirə oluna bilər. Ancaq düşünmürəm ki, ciddi danışıqlar prosesi aparılsın”.M.Əsədullazadə onu da bildirdi ki, dövlət başçıları bir araya gəlirsə, danışıqlar aparıla bilər: “Brüssel formatında əldə olunan razılaşmalar bir daha müzakirə olunacaq. Hətta Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin dördtərəfli görüşünün keçirilməsi istisna edilmir. Bu, əlbəttə ki, Cənubi Qafqazda sülhün əldə edilməsinə və təhlükəsizliyin təmin edilməsinə gətirib çıxara bilər”.
Müəllif: Gülyana