"Hazırkı dövrdə irimiqyaslı müharibələrin baş verməsini ehtimal etmirəm. Bu, hazırda mümkün deyil. Çünki Azərbaycanın belə bir plan və hədəfi yoxdur". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.Onun sözlərinə görə, Ermənistan zaman-zaman belə müxtəlif təxribatlar törədir: "Bu təxribatların qarşısı da ölkəmiz tərəfindən qətiyyətlə alınır.Dünənki hadisələr də Ermənistanın növbəti təxribatına cavab idi. Onlar yenidən müxtəlif istiqamətlərdə Azərbaycana qarşı təxribat törədir".Deputat sözlərinə belə davam edib: "Digər bir vacib məqam isə Ermənistanın Azərbaycanla müharibə etmək iqtidarında olmamasıdır. Çünki bu iki dövlətin ordusu arasında ciddi fərqlər var. Bu gün real vəziyyət bundan ibarətdir. Ermənistan tərəfi anlamalıdır ki, ən kiçik təxribatın qarşısı belə alınacaq. Ermənistan təxribat törətmək yerinə, sülh müqaviləsi bağlamaq barədə düşünməlidir".
Ayşən Vəli