PDF Oxu

Siyasət

  • 3 592

"Rusiya müharibənin bu qədər uzanacağını gözləmirdi" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

"Rusiya müharibənin bu qədər uzanacağını gözləmirdi" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

"Ukrayna-Rusiya müharibəsində Ukrayna silahlı qüvvələrinin əks hücumundan sonra hadisələrin gedişində müəyyən bir dönüş yaranıb". Bu fikirləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov bildirib.Onun sözlərinə görə, Ukraynanın rəsmi məlumatlarına görə, bir sıra ərazilər işğaldan azad olunub, təbii ki, müharibənin bu qədər uzanması sanksiya altında olan Rusiyaya da ciddi zərər gətirir: "Hesab edirəm ki, Rusiya müharibənin bu qədər uzanacağını gözləmirdi. Artıq Rusiya Prezidenti son çıxışında Ukrayna ilə danışıqlardan boyun qaçırmadıqlarını da bildirdi. Danışıqlar müharibənin gedişindən sonra yenidən gündəmə gələ bilər. Lakin bir məsələ var ki, Ukrayna qərbdən aldığı son hərbi və maliyyə dəstəyindən sonra əraziləri işğaldan azad etməkdə qərarlı görünür. Əgər Rusiya Ukraynada hərbi qarşıdurmada ciddi itkilər verərsə, bu, Rusiyanın bu istiqamətdə mövqələri üçün ciddi zərbə sayıla biləcək".

Müəllif: Abutel İlhamqızı

Digər xəbərlər