PDF Oxu

Siyasət

  • 2 244

"Əhalinin sağlamlığının qorunması sosial siyasətin əsas hissəsidir" - DEPUTAT ŞƏRH ETDİ

"Əhalinin sağlamlığının qorunması sosial siyasətin əsas hissəsidir" - DEPUTAT ŞƏRH ETDİ

"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən vərəm ən çox ölümə səbəb olan yoluxucu xəstəlikdir. Vərəm sağalan xəstəkikdir və bunun qarşısını almaq üçün onun aşkarlanması, müalicəsi, sağalması barədə əhalinin məlumatlandırılması çox vacibdir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov bildirib.Onun sözlərinə görə, əlbəttə bu qlobal epidemiyanın ləğvi və profilaktikası üsulları ilə əlaqədar çox səylər göstərilir: "Səhiyyənin, əhalinin sağlamlığının qorunması möhtərəm cənab Prezident İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissəsidir. Buna görə də ölkə başçısının sosial infrastruktur layihələrinin inkişafı üçün verdiyi göstərişlərin içərisində səhiyyə sahəsinə, müxtəfil reabilitasiya tədbirlərinin həyata keçirilməsinə xüsusi diqqət yetirilir.Bu gün ayrı-ayrı ölkələrə müalicə üçün göndərilən qazilərimiz də qeyd ediblər ki, bizim ölkəmizdə yaradılmış infrastrukturun üstünlüyü digər ölkədəkilərdən artıqdır. Misal olaraq deyə bilərəm ki, bu yay qazilərimizin müalicə aldığı Buzovna reabilitasiya mərkəzində oldum. Deyə bilərəm ki, çox yüksək səviyyədə hazırlanmış və bütün avadanlıqlarla təchiz olunmuşdur. Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə Səhiyyə Nazirliyinin qısa müddətdə ərsəyə gətirdiyi və bu gün də qazilərimizə yüksək səviyyəyə xidmət göstərən bir müəssisədir. Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Vətən müharibəsi başa çatdıqdan 1 ay sonra sanatoriya işə salınmış və qazilərimizə yüksək səviyyədə xidmət göstərildi. Eyni zamanda dövlət başçısının iştirakı ilə böyük tarixə sahib olan Gindes adına Uşaq və Yeniyeymələr üçün Respublika Vərəm xəstəlikləri Sanatoriyasının açılışı oldu. Bu açılışda cənab Prezident şəxsən iştirak etdi. 300 çarpayılıq və beşmərtəbəli binada inşa edilən bu sağlamlıq müəssisəsi müasir avadanlıqlarla təchiz olunub, laboratoriyalar, şüa-diaqnostika, poliklinika, fizioterapiya şöbələri fəaliyyət göstərir. 7-17 yaş qrupları üzrə uşaqlar qəbul edilir. Təbii ki, bu kimi müəssisələrin açılması davamlıdır. Bu sahədə aparılan işlər əhalinin sağlamlığına xidmət edir".

Müəllif: Abutel İlhamqızı

Digər xəbərlər