PDF Oxu

Siyasət

  • 2 532

Ermənistan bu təxribatlarla heç nəyə nail ola bilməyəcək - DEPUTATIN ŞƏRHİ

Ermənistan bu təxribatlarla heç nəyə nail ola bilməyəcək - DEPUTATIN ŞƏRHİ

“Ermənistan tərəfi təcəvüzkar siyasəti davam etdikcə, işğalçı ölkənin əməllərinə “dur” deyilməyincə təxribatlar davam edəcək. Sentyabrın 12-dən 13-ə keçən gecə bütün sərhədboyu ərazilərdə baş verən erməni təxribatları bir daha Ermənistanın 44 günlük müharibədən lazımi dərs almadığı fikrini formalaşdırır. Əgər rəsmi İrəvan iki il bundan əvvəl başlanan müharibənin səbəb və nəticələri barədə düşünmürsə, itirdikləri haqda xalq qarşısında cavabdehlik daşımaqdan yaxasını kənara çəkirsə, deməli bu ölkədə daxili münasibətlər də normal deyil. Belə demək mümkündürsə, təxribatlar həm də cəmiyyətin diqqətini daxili problemlərdən yayındırmaq üçün bilərəkdən törədilib”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.Millət vəkili bildirib ki, Ermənistanın sülh prosesində hansı ab-hava ilə iştirak etdiyi göz qabağındadır: “Məğlub Ermənistan sülh prosesini mümkün qədər uzatmağa çalışır. Müharibədə aldığı sarsıdıcı zərbədən hələ də ayılmayan Ermənistanın rəhbərliyi dağılmış ordusunu bərpa etməyə çalışır. Bir tərəfdən sülh imitasiyası yaradır, digər tərəfdən revanşa hazırlaşır. Amma daxildəki güclərin hadisələri tezləşdirmək istəyi, revanşizmə meylləri yeni-yeni təxribatların baş verməsinə səbəb olur. Dünən gecə dövlət sərhədində genişmiqyaslı təxribatların törədilməsi birbaşa beynəlxalq hüququn norma və prinsiplərinin, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatların, həmçinin əldə olunmuş digər razılaşmaların kobud şəkildə pozulmasıdır. Azərbaycanın sülhə doğru atdığı addımları Ermənistan pozmaqla məşğuldur, sülhə doğru atılan addımlara müxtəlif təxribatlarla mane olur. Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmaması da gərginliyin yüksəldilməsinə hesablanıb. Təcavüzkar dövlətin bu sayaq əməllərinə, təbii ki, cavab vermək, təhlükə doğuran legitim hədəfləri məhv etmək, ərazilərini qorumaq Azərbaycanın suveren hüququdur. Ermənistandakı başıpozuq revanşist qüvvələr hələ də anlamırlar ki, onlar törətdikləri təxribatlarla heç nəyə nail ola bilməyəcəklər. Zəfər daim bizimlə olacaq. Yaşasın qalib Azərbaycan Ordusu!”.

sia.az

Digər xəbərlər