PDF Oxu

Siyasət

  • 2 888

Diqqət və qayğı nümunəsi

Diqqət və qayğı nümunəsi

Yeni tədris ilinin başlanması münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı və “Grafika” mağazalar şəbəkəsinin birgə təşkilatçılığı ilə şəhid və qazi övladlarına məktəb ləvazimatlarının qarşılanması üçün hədiyyə kuponları təqdim olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov və təşkilatın əməkdaşları şəhid Qərib Baxşəliyevin və qazi İlham Əliyevin ailəsini ziyarət edib, onların övladlarını yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, məktəblilərə uğurlar diləyiblər. Təşkilat nümayəndələri şəhid və qazinin məktəbli övladlarına “Grafika” mağazalar şəbəkəsinin hədiyyə kuponlarını təqdim ediblər.
Şəhid ailələrinin üzvləri və qazilər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

yap.org.az

Digər xəbərlər