Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Xəyal Elxan oğlu Süleymanovun nəşi ailəsinə təhvil verilib. SİA-nın Qərb bürosunun məlumatına görə, Şəmkir rayon Şeyidlər kənd sakini, 1996-cı il təvəllüdlü X.Süleymanovun nəşi doğulduğu kəndə aparılıb.Qeyd edək ki, X.Süleymanov müddətdən artıq həqiqi hərbi xidmətdə olub.Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
sia.az