PDF Oxu

Siyasət

  • 2 260

Ermənistan təxribatlarını davam etdirəcəksə... ŞƏRH+AKTUAL

Ermənistan təxribatlarını davam etdirəcəksə... ŞƏRH+AKTUAL

Bir o qədər də alacağı sarsıdıcı zərbələrlə öz fiziki və hərbi-siyasi məhvini tezləşdirəcək!
Ermənistanın hərbi-siyasi dairələrinin Azərbaycana qarşı təxribatları və diversiya xarakterli hərəkətləri davam edir. Baxmayaraq ki, sentyabrın 12-13-də Azərbaycan Ordusu düşmənə ağır və sarsıdıcı zərbələr endirdi və eyni zamanda, qarşı tərəfin yüzlərlə canlı qüvvəsi və texnikası məhv edildi, Ermənistanın hərbi və siyasi rəhbərliyi hələ də öz kirli oyunlarını davam etdirməkdə israrlı olduğunu göstərir və bununla özünə ölüm hökmü verdiyini təsdiq edir.Onu da qeyd edək ki, Azərbaycan Ordusunun hədəfləri yalnız hərbi obyektlər, silah anbarları və eləcə də zirehli və s. texnikalardır. Rəsmi məlumatlarda da vurğulanır ki, Ermənistanın Azərbaycanla sərhəddə - Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu bütün hərbi təyinatlı obyektləri darmadağın edilib. Onlar Azərbaycanın təhlükəsizliyinə təhdidlər yaradırdı. Və diqqət çəkən məqamlardan biri də budur ki, məhv edilmiş düşmən obyektləri dağıdılmış hərbi infrastrukturlarını bərpa etmək üçün ən azı 4-5 il vaxt sərf etməlidir.Düşmənə vurulan zərbənin ağır nəticələri də məhz belə nəticələrə gəlməyə zəmin yaradır:
- Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürüb. Artıq nə indi, nə də gələcəkdə Ermənistan Azərbaycana heç bir real təhlükə yarada bilməyəcək;
- Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edilib. Ermənistanda yüzlərlə yaralı var. Ermənistanın bütün parametrlərə görə itkiləri Azərbaycandan qat-qat çoxdur. Bu gün də təxribatlarından əl çəkmək istəmədiyini israrla davam etdirən düşmənin itkilərinin sayı isə günü-gündən artır;
Azərbaycan Ordusu məhz Ermənistanın ərazisində cəmi 7 saat davam edən unikal əməliyyat gerçəkləşdirməklə, bütün bu planları alt-üst etdi
Beləliklə, biz belə bir nəticə də hasil edə bilərik ki, Azərbaycan Ordusu Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha göstərdi və lazım olduğu zamanda növbəti dəfə də öz qətiyyətini nümayiş etdirmək gücündə, iradəsindədir.Məsələ həm də ondadır ki, son zamanlar Ermənistan ciddi cəhdlə revanşa, yeni hərbi əməliyyatlara, hücuma hazırlaşırdı. Həm Qarabağda, həm də sərhəddə təxribatların sayı artmışdı. Azərbaycan Ordusu məhz Ermənistanın ərazisində cəmi 7 saat davam edən unikal əməliyyat gerçəkləşdirməklə, bütün bu planları alt-üst etdi. Ermənistan başa düşməlidir ki, kiməsə, hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməz.
Təəssüf ki, düşmən bu reallıqlardan məntiqi nəticə çıxarması yerinə hələ də ciddi-cəhdlə nəyi isə sübut etməyə çalışır və bunun da cavabını layiqincə almaqdadır!
Məhz 12 sentyabrdan başlanan gərginliyin də kökündə demək olar ki, eyni düşmən motivi dayanmaqdadır – Tovuz hadisələri kimi...
Bu arada onu da xatırlatmaq yerinə düşərdi ki, hələ 44 günlük Vətən müharibəsindən bir neçə ay əvvəl - 2020 ci ilin iyulunda Tovuz rayonunda təxribat-diversiya hərəkətlərinə yol verməklə vəziyyəti gərginləşdirən Ermənistan sonrakı müddətdə nə qədər öldürücü zərbələr altında qalacağını təsəvvürünə belə gətirmirdi. Məhz onda da təxribata əl atan düşmənə qısa zamanda elə dərs verildi ki, həmin müddətdə Ermənistanın qurduğu “döyüşçü ruhlu” nağılları və “qədim döyüşən xalq” stereotipləri yerli-köklü məhvə uğradıldı. Dünya 44 günlük Vətən müharibəsində Azərbaycanın real hərbi, siyasi, diplomatik gücünün şahidinə çevrildi!Məhz 12 sentyabrdan başlanan gərginliyin də kökündə demək olar ki, eyni düşmən motivi dayanmaqdadır – onlar revanşizm hissləri ilə nə qədər çox alışıb-yandıqca bir o qədər də fiziki və mənəvi məhvə doğru daha sürətlə irəliləyirlər. O da əbəs deyil ki, qəhrəman əsgər və zabitlərimiz, sərhədçilərimiz öz şücaətləri ilə qəhrəman şəhid generalımız Polad Həşimovun, şəhid polkovnikimiz İlqar Mirzəyevin yazdıqları qəhrəmanlıq dastanlarını təkrarlamağa can atırlar. Bəli, bu gün də zabitlərimiz sıravi əsgərlərimizlə çiyin-çiyinə düşmənə qarşı layiq olduğu cavablarını verməkdədirlər!
Mülki şəxslərimiz yenidən düşmən hədəfində!
Çünki o da unudulmayıb ki, düşmənin ayağı yenidən yer almağa başlarsa o bir daha özünün terrorçu niyyətini işə salacaq. Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini 1984-cü il təvəllüdlü Orucov Arzuman İman oğlu yaralanıblar.Hazırda A.Musayev Gəncə şəhəri A.Səhhət adına 1 nömrəli xəstəxanada müalicə alır, onun vəziyyəti orta-ağır qiymətləndirilir. A.Orucova isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Heç kim Ermənistanın azərbaycanlı mülki şəxslərini, şəhərlərini atəşə tutulmasını unutmayıb və baş verən təxribat nəticəsində bir daha mülkilərimizin yaralanması qeyd edilənləri isbatlayır.Düşmən nə qədər öz kirli əməllərini davam etdirəcəksə, bir o qədər də alacağı sarsıdıcı zərbələrlə öz fiziki və hərbi-siyasi məhvini tezləşdirəcək!

Rövşən RƏSULOV

Digər xəbərlər