Bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Bakının azad olunmasının 104 illiyi münasibətilə Bakı Türk Şəhidliyi ziyarət edilib. SİA-nın verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyasının Sədr müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Yeni Azərbaycan Partiyasının Təftif Komissiyasının üzvləri, YAP rayon təşkilatlarının sədrləri iştirak edib.Əvvəlcə Bakı Türk Şəhidliyi Abidə Kompleksinin önünə əklil qoyulub. Daha sonra isə türk şəhidlərinin abidəsi üzərinə qərənfil qoyublar.
Arzu Qurbanlı