"Radikal müxalifət qüvvələrinin Ermənistanın son hərbi təxribatları ilə bağlı tutduğu mövqe Azərbaycan dövlətinə və xalqına açıqca xəyanət, nankorluq idi. Düşmənin hərbi təcavüzünə və qəhrəman hərbçilərimizin şəhid olmasına sevinən, bu hadisələrdən siyasi məqsədləri üçün istifadə edən yaramazlar belə uğursuz cəhdlərlə Azərbaycan xalqının nifrətini qazandılar". Bu fikirləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.Onun sözlərinə görə, bu, radikal müxalifət qruplaşmalarının ilk mənfur əməli deyil: "Onların mahiyyəti daim xəyanət olub və öz maraqlarını həmişə xalqın, dövlətin maralarından üstün tutublar. Xüsusilə də xarici ölkələrdə yaşayan bir qrup antimilli qüvvələr bu proseslərdə son dərəcə xəyanətkar mövqe ortaya qoydular. Onların işi peşəsi onsuz da Azərbaycan dövlətinə böhtan atmaq, şər, gözdənsalma, təhqir kompaniyası həyata keçirməkdir.Təsəvvür edin, həmin ünsürlər arasında Azərbaycanı təcavüzkar adlandıranlar da oldu və bu birbaşa olaraq dövlətimizə qarşı murdar təbliğat, şəhidlərimizin uca ruhuna hörmətsizlikdir. Sirr deyil ki, istər daxilimizdə kök salan bu cəsus şəbəkəsi, istərsə də xaricdən təhqir yağdıran biveclər Azərbaycana qarşı düşmən mövqedə olan dairələrin diqtəsini yerinə yetirir. Bütün bunlar konkret olaraq sifarişdir və Azərbaycanı dünyada gözdən salmaq, dövlətimizin durmadan artan nüfuzuna xələl gətirmək cəhdləridir. Azərbaycan dövləti uzun illərdir ki, Ermənistanın işğalçılıq siyasətinə qarşı həm hərbi, həm də siyasi müstəvidə müharibə aparır. Bu ciddi mübarizənin nəticəsidir ki, biz erməni xislətini bütün dünyaya çılpaqlığı ilə çatdıra, izah edə bilmişik. Belə bir həssas məqamda, Azərbaycanın çox mühim tarixi dönəmdən keçdiyi bir dövrdə ölkəmizə ləkə yaxmaq rəzillikdir. Hesab edirəm ki, radikal müxalifət və onların tör-töküntüləri birbaşa olaraq Ermənistan hərbi-siyasi rəhbərliyinin, həmçinin dünyadakı erməni lobbisinin əlinə oyanayır, onlara açıq dəstək verirlər. Bu fitnəkarlar bunu da etdilər və tariximizdəki xəyanətkar imiclərini bir qədər də gücləndirdilər".
Müəllif: Abutel İlhamqızı