PDF Oxu

Siyasət

  • 3 169

"Ermənistan anlamalıdır ki, odla oynamaq olmaz" - POLİTOLOQ ŞƏRH ETDİ

"Ermənistan anlamalıdır ki, odla oynamaq olmaz" - POLİTOLOQ ŞƏRH ETDİ

“Ermənistan dövləti Brüssel danışıqlarının nəticələrini sabotaj etməyə çalışır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Ceyhun Əhmədli bildirib.Onun sözlərinə görə, 31 avqust tarixində keçirilən Brüssel görüşdə əldə olunan razılaşmalardan biri də sülh mətninin hazırlanması üçün sentyabr ayının sonuna qədər xarici işlər nazirləri səviyyəsində hazırlanması idi: "Amma Ermənistanın aparmış olduğu hərbi avantura siyasəti həmin görüşün keçirilməsini ləngidir. Biz deyə bilərik ki, artıq danışıqlar prosesi sıfırlanıb. Hər iki tərəf itki verib, Ermənistanın itkiləri daha çoxdur, onların hərbi texnikaları məhv edilib. Bunlar hamısı Azərbaycanın gücünü, hərbi potensialını sübut etməklə yanaşı həm də onu göstərdi ki, Ermənistan Azərbaycan üzərində qələbə qazanmaq xəyalına heç vaxt nail olmayacaq. Ermənistan artıq 2 ildir ki, bölgədə möhkəmlənməyə çalışırdı. Amma cəmi 7 saat ərzində Azərbaycan ordusu onların möhkəmlənməyə çalışdığı ərazidə bütün müdafiə sistemlərini, texnikalarını darmadağın etdi. Ermənistan anlamalıdır ki, odla oynamaq olmaz.Ermənistan bilməlidir ki, Azərbaycanın mövqeyi realdır. Azərbaycan məntiqi nəticələr söykənən danışıqların tərəfdarıdır. Çünki Ermənistan keçirilən görüşlərdə Azərbaycanla sülhə hazır olduğunu ifadə edir, amma İrəvanda başqa bəyanatlar səslənirdi. Yəni sözü ilə əməli bir-birinə zidddir. Düzdür regionda münaqişə vəziyyətinin davam etməsində maraqlı olan qüvvələr də vardır. Bilirsiniz ki, II Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqlar çərçivəsində bəzi beynəlxalq təşkilatlar özlərinin təsir imkanlarını tamamilə itiriblər. Çünki onlara münaqişə sərf edir. Ona görə də həmin beynəlxalq siyasi dairələr çalışırlar ki, Ermənistanı hərbi-siyasi təxribata çəksinlər. Ermənistanın özü də müstəqil dövlət deyil, hər zaman xarici qüvvələrdən asılı olub. Bu baxımdan sonuncu hadisələrin arxasında beynəlxalq siyasi dirələrin dayandığını düşünürəm. Son vaxtlar bəzi xarici dairələr Minsk Qrupunun yenidən fəaliyyəti istəyirlər. Ermənistan dövləti təxribatlar törətməklə KTMT-ni və Rusiyanı regiona cəlb edəcəyini düşünürdü. Amma onlar istədiyini əldə edə bilmədi”.

Müəllif: Abutel İlhamqızı

Digər xəbərlər