PDF Oxu

Siyasət

  • 2 324

Ermənistanın təxribatı Cənubi Qafqazda sabitliyə ciddi zərbələr vurur

Ermənistanın təxribatı Cənubi Qafqazda sabitliyə ciddi zərbələr vurur

Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı Qarabağın işğaldan azad edilməsi məsələsini silah gücü ilə həll etdi, torpaqlarımızı düşməndən geri qaytardı. Lakin Ermənistanın revanşist qüvvələri müharibədən heç bir nəticə çıxarmadılar. Belə ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan növbəti təxribat törətdi. Sutkanın qaranlıq vaxtlarında ordumuzun bölmələri arasındakı əraziləri Ermənistan silahlı qüvvələrinin bölmələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərindəki mövqelərimizdə geniş hərbi təxribat törədiblər və həmin ərazilər müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Eyni zamanda, erməni diversantları minalayıblar. Nəticədə, itkilər olub, hərbi infrastruktura ziyan dəyib. Ermənistanın bu addımları Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunmasına mane olur. Ölkəmiz hər zaman regionda sülh tərəfdarı olub. Bildiyiniz kimi, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutan sonuncu Brüssel görüşdə əsas məsələlərdən biri də sülh müqaviləsinin imzalanmasıdır. Sülh müqaviləsi də Azərbaycan tərəfindən irəli sürülən və Ermənistanın qəbul etdiyi beş prinsip üzərində qurulur. Rəsmi İrəvan sərhəd təxribatları ilə Avropa İttifaqının vasitəçilik səylərinə də zərbə vurur. Eyni zamanda, Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammit ərəfəsində belə təxribatın keçirilməsi Azərbaycana qarşı təzyiqin artırılması üçün nəzərdə tutulub.Artıq uzun müddətdir Ermənistan beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya aparır, sülh danışıqlarını qəsdən pozur, regionda təhlükəsizliyini təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri və atılan addımları pozur. Regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil. Bu gün Ermənistanın havadarları Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa çalışırlar. Fransanın BMT Təhlükəsizlik Şurasında sərhəd gərginliyini müzakirəyə çıxarması, bəzi ölkələrin Ermənistanı dəstəkləyən açıqlamaları buna sübutdur. Halbuki bu ölkələr 30 ildir erməni işğalına susurdular.Erməni xislətinin hiyləgər və pis niyyətini 13 sentyabrda bütün dünya birliyi bir daha görmüş oldu. Azərbaycan xalqına qarşı hər zaman təxribatçı və terorçu niyyətlərindən əl çəkmiyən “haylar” bu dəfə də regionda sülhə və əmin amanlığa ciddi zərbələr endirmiş oldular. Lakin mənfur düşmən bir şeyi unutmamalıdır ki, Azərbaycan hər zaman Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Ordusunun qətiyyəti sayəsində onların törətdiyi hər bir təxribatın qarşısını alacaqdır. Azərbaycan əsgəri hər zamankı kimi bu dəfə də erməni yağılarının revanşist səylərinin layiqli cavabı verərək onları geri oturtdu.Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın Şanlı Azərbaycan Ordusu!

Rüfət Əhmədov
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının İnformasiya təminatı
və təhlili sektorunun müdiri

Digər xəbərlər