PDF Oxu

Siyasət

  • 2 226

"Bunu xalqa xəyanətdən başqa bir şey hesab etmirəm" - DEPUTAT AÇIQLADI

"Bunu xalqa xəyanətdən başqa bir şey hesab etmirəm" - DEPUTAT AÇIQLADI

"Dövlətin milli maraqları üçün əhəmiyyət daşıdığı vaxtlarda vətəni sevən hər bir şəxs siyasi baxışlarını kənara qoyaraq və dövlətin gördüyü haqq işini dəstəkləyərək həmrəylik nümayiş etdirir". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.Onun sözlərinə görə, 44 günlük Vətən Savaşında ölkəmizdə fəaliyyət göstərən müxalif siyasi partiyalar birləşdilər və siyasi baxışlarını kənarda qoyaraq Ali Baş Komandanın Dəmir yumruğuna çevrildilər: "12 sentyabrda baş vermiş erməni təxribatına qarşı mübarizə əməliyyatları zamanı da bu həmrəylik bir daha ifadə olundu və Müzəffər Ordumuzun yeni zəfər salnaməsinin yazılmasına dəstək verdilər. Amma radikal mövqedə dayanan AXCP və Müsavat partiyası həmişə olduğu kimi yenə də gördüyümüz haqq işimizdən nöqsanlar tutmağa və məsləhətlər verməklə özünü hamıdan ağıllı göstərməyə çalışdı".Deputat sözlərinə belə davam edib: "Əslində onların bu hərəkətləri xaricdən almış sifarişlərin icrasından başqa bir şey deyil. Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Ordumuz silaha sarılaraq qısa zaman kəsiyində sərhəd boyu yerləşdirilərək ölkəmizə qarşı davamlı təxribatlar törədilən düşmənin legitim hərbi hədəflərini və canlı qüvvəsini məhv edərək 53 strateji yüksəkliyi işğaldan azad etmişdir.İndi Ermənistanla sərhəddə demək olar ki, bütün hakim yüksəkliklər ordumuzun nəzarəti altındadır. Hətta Ermənistanın kommunikasiya infrastrukturuna da nəzarəti əlimizə almışıq. Yəni, 44 günlük Vətən müharibəsində təmin etdiyi qələbədən sonra rəşadətli ordumuzun son əməliyyatlarla qazandırdığı üstünlük yeni bir qələbədir. Düzdür, hərbi əməliyyatlar zamanı 71 şəhid verdik. Şəhidlərimizə Allah rəhmət eləsin və yaralanmış əsgərlərimizə qısa bir zamanda öz sağlamlıqlarına qovuşmasınıı diləyirəm. Amma belə böyük bir qəhrəmanlıq göstərmiş şəhidlərin adından öz imicinə necə istifadə etmək olar? Radikal müxalifətin belə ucuz hərəkətləri ancaq ermənilərdən aldığı sifarişin təzahürüdür və xalqa xəyanətdən başqa bir şey hesab etmirəm. Təəssüf ki, radikal müxalifət 30 ildir yerində sayır və inkişaf etmir".

Ayşən Vəli

Digər xəbərlər