PDF Oxu

Siyasət

  • 1 876

Müxalifətin şəhid ailələrini siyasi oyunlarına alət etməyə haqqı yoxdur - ŞƏRH

Müxalifətin şəhid ailələrini siyasi oyunlarına alət etməyə haqqı yoxdur - ŞƏRH

Mən 2020-ci ildə Vətən Müharibəsində Tərtər rayonunun Suqovuşan kəndinin mənfur düşmandən azad olunması uğrunda gedən döyüşlər zamanı şəhid olmuş və ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə “Cəsur döyüşçü, Vətən uğrunda və Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş Zaur Nəbiyevin anasıyam.Vətənimizin bütövlüyü və azadlığı uğrunda döyüşərək şəhid olmuş bütün qəhrəmanlarımızın ailə üzvlərinə və yaxınlarına başsağlığı verirəm, acılarını bölüşürəm, qazilərimizə şəfa diləyirəm. Şəhid anası olaraq bu acının nə olduğunu çox yaxşı anlayıram və bu səbəbdən də xalqımızı mətin, möhkəm olmağa səsləyirəm.

Eyni zamanda, onu da demək istəyirəm ki, indiki məqamda dövlətlə bir olmaq lazımdır. Təxribatlara fikir verilməməlidir, bölücülüklə məşğul olanlara qulaq asılmamalıdır.Özünü azərbaycanlı adlandıran, lakin hər zaman anti-milli mövqe tutan qüvvələr yenidən dövlətimiz əleyhinə yalan və böhtanlar uydurmağa başlayıblar. Onlar belə həssas dönəmdə Ermənistanın hərbi təxribatına cavab verən Azərbaycanı ittiham etməyə çalışırlar. Şəhidlərimizin qanı bahasına azad olunan torpaqlara, qələbələrimizə kölgə salmaq istəyir, hər vəchlə şəhidlərimizin qanı bahasına başa gələn qələbələrimizi görmək istəmirlər.

Radikal müxalifətin hakimiyyət iddialarını reallaşdırmaq üçün qanuni resurslarının çatışmazlığı və iddialarının həyata keçirilməsi naminə istənilən üsul və vasitədən faydalanmağa hazır olması onu siyasi prosesin təhlükəli və eyni zamanda arzuolunmaz iştirakçısı olmağa sürükləyir. Mahiyyət etibarilə mühacir müxalifət və məlum beşinci kolon hadisələri bir medalın iki üzüdür. Hər ikisi ölkədaxili siyasi proseslərdə xarici maraqların təmsilçisi rolunu oynayır. Xalqdan ayrı düşmüş və bu gün xaricdən maliyyələşən radikal müxalifət ünsürləri bu gündə Azərbaycan xaqlının mənafeyinə zidd olan fikirlər səsləndirməklə düşmən dəyirmanına su tökürlər. Azərbaycan Ordusunun Zəfərinə hörmətlə yanaşmaq əvəzinə iftira , böhtan atmaqla Rəşadətli Ordumuzun qələbəsini kölgə altına salmağa, Azərbaycan əsgərinin,Müzəffər Ali Baş Komandanın qələbəsini heçə endirməyə çalışırlar. Həyatlarında bir dəfə də olsun müqəddəs şəhid dəfnində iştirak etməyə, şəhid ailələrinin və qazilərin problemləri ilə maraqlanmayan müxalifət nümayəndələri sosial şəbəkələrdəki açıqlamaları ilə özlərini ifşa etmiş olurlar. Adını müxalifət qoyan ünsürlər Azərbaycanının milli mənəvi dəyərlərinə hörmətsizlik nümayiş etdirirlər. Onlar başa düşməlidir ki, şəhid ailəsi, qazi, müharibə veteranları sosial şəbəkə aləti deyil.Şəhidlərimizin ruhları onları bağışlamayacaq. Eyni zamanda xalq o xalq deyil, bu antimilli ünsürlərin cavabını verəcəkdir və verir.Bu gün Azərbaycan xalqı öz əvəz olunmaz lideri cənab Prezident İlham Əliyevin, Müzəffər Ordumuzun yanındadır, ugurlarını böyük ruh yüksəkliyi ilə qeyd edərək alqışlayır!Bu gün Vətənin sərhədlərinin keşiyində duran Azərbaycanın igid, mərd, vətənpərvər oğulları sizlərdən fərqli olaraq Vətəni ücün ölümə gedərək, Şəhid olurlar! Şəhidlər tariximizin unudulmaz şərəfli səhifəsi, qan yaddaşımız, zəfər səlnaməmiz, qürur mənbəyimizdir!Uca tanrıdan Şəhidlərimizə rəhmət diləyir, Qazilərimizə şəfa, Cənab Ali Baş Komandan başda olmaqla Ordumuza güc, qüvvət, xalqımıza firavan, xoşbəxt gələcək arzulayırıq!

Lamiə Nəbiyeva.

Şəhid Zaur Nəbiyevin anası

Digər xəbərlər