Siyasət

  • 1 286

Antimilli ünsürlər üçün xalq, millət, Vətən anlayışı yoxdur - ŞƏRH

image

Vətən müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı yeni siyasi reallıqlar, azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri, həyata keçirilən tədbirlər və irimiqyaslı layihələr bu gün bütün dünyanın diqqətini ölkəmizə yönəldib.Bu gün Azərbaycana qarşı düşmən mövqedə dayanan, regionun liderinə, söz sahibi olan dövlətinə çevrilməyimizi görmək istəməyən xarici dairələr öz məkrli planlarını həyata keçirmək üçün müxtəlif üsullara əl atırlar. İnkarçı müxalifət isə, məhz belə dairələrlə əməkdaşlığa can ataraq ölkəmizin milli maraqalarını satmaqla məşğuldur. Zaman-zaman onların bu cür əməlləri ifşa edilib.Məlum olduğu kimi, son illər Azərbaycana qarşı xaricdən müxtəlif istiqamətlərdə qarayaxma kampaniyaları aparılır. Bu qarayaxmalar bu gün də davam etməkdədir.

Azərbaycana qarşı aparılan oyunlarda həm erməni lobbisi, eyni zamanda, erməni olmayan antiazərbaycan qüvvələr kifayət qədər fəallıq nümayiş etdirirlər. Çox təəssüflər olsun ki, bir neçə səbatsız azərbaycanlılar həmin qüvvələrin təsir dairəsinə düşmüşdür və eyni zamanda bütün bu faktlar sübut edir ki, antimilli ünsürlər üçün xalq, millət, Vətən anlayışı yoxdur.

Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu xarici və daxili siyasətini, eyni zamanda son günlər Ermənistanın növbəti təxribatının qarşını almaq üçün Müzəffər ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlara qarşı aparılan açıq təxribat cəhdləri onu göstərir ki, bu qaragüruhçu dəstələr müharibədən sonra bizim qələbəmizi hələ də həzm edə bilmir və dəfələrlə bu qələbəyə kölgə salmaq üçün müxtəlif vasitələrdən, o cümlədən şəhid ailələrindən, qazilərdən istifadə etmək istəyiblər. Bununla da düşmənə xidmət etdiklərini sübut edirlər. Aldıqları qrantların “haqqını” ödəməyə çalışırlar.

Bu mənada erməni təcavüzünə cavab olaraq əks həmlə ilə həyata keçirilən uğurlu cəza təbirləri Azərbaycan Respublikasının və bütövlükdə regionun təhlükəsizliyi üçün vacib addımdır. Amma sirr deyil ki, bu situasiya 30 il regionda gərgin mühitdən faydalanan, sülh və sabitliyi arzu etməyən bəzi xarici dairələrin üçün fiasko deməkdir. Sadəcə, həmin güclərin təlimatı ilə yerli antimilli qüvvələrin bu prosesdə xüsusi aktivlik göstərməsi təəssüf və ikrah doğurmaqdadır.

Ordumuzun şəhid verdiyi bir vaxtda bəzi müxalif dairələr, vətən xainləri ölkəmizdə çaxnaşma salmaq istəyir, təbii ki, istəklərinə nail ola bilməyəcəklər.Azərbaycanın uğurlarını həzm edə bilməyən xarici və daxili bədxahlarımız unutmasınlar ki, heç bir qüvvə ölkəmizi öz düzgün yolundan uzaqlaşdıra bilməz. Taleyimiz öz əlimizdədir. Ölkə rəhbərinin də vurğuladığı kimi, “Biz nəyi, necə, nə zaman edəcəyimiz çox yaxşı bilirik”. Ölkəmizdə mövcud xalq-hakimiyyət birliyi sarsılmazdır. Xalqımız qalib Sərkərdə, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə son günlər apardığı haqlı mübarizəni birmənalı olaraq dəstəkləyir. Bu gün Azərbaycan də hər hansı beynəlxalq siyasi dairələrin diktəsi ilə deyil, məhz Azərbaycan xalqının milli mənafeyindən irəli gələn müstəqil siyasət həyata keçirməklə Cənubi Qafqazın lider dövlətinə, eyni zamanda qalib dövlətinə çevrilmişdir. Bu, xalq-hakimiyyət birliyini güclü edən həlledici amildir.Biz son günlər bir daha görürük ki, müəyyən xarici qüvvələrin təsiri altında, onlardan maliyyə asılılığında olan radikal müxalifət - antimilli ünsürlər və onların təlimatçıları hər cür dövlət mənafeyini satmağa, Vətəninə xəyanət etməyə hazırdır.

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Digər xəbərlər