PDF Oxu

Siyasət

  • 1 552

Xalqımız satqın müxalifəti heç vaxt bağışlamayacaq - ŞƏRH

Xalqımız satqın müxalifəti heç vaxt bağışlamayacaq - ŞƏRH

Ləyaqətini, reallıq hissini və insanlıq duyğusunu çoxdan itirərək, buyruq quluna çevrilmiş dağıdıcı müxalifət ünsürlərinə xatırlatmaq istərdik ki, sentyabrın 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər, Zəngilan və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən, minaatanlardan intensiv atəşə tutulub. Məhz bundan sonra Azərbaycan Silahlı Qüvvələri düşmənin təxribatçı əməllərinə qarşı lazımi tədbirləri görüb.

Həmçinin, vicdan, məntiq və şərəf yoxsulu olan bu kimi erməni təəssübkeşlərinə bir daha xatırlatmaq istərdik ki, Azərbaycan tərəfi Ermənistanı sülhə məcbur etmək və düşmən ölkədə baş qaldıran revanşist ideyaların məhv edilməsi üçün əlində olan bütün qüvvə və vasitələrdən bundan sonra da istifadə edəcək. Belələri əsla müqəddəs şəhidlik sözünü dillərinə gətirməməli və xalqımızın hissiyyatı ilə oynamamalıdırlar.

Xalq hiddətlə və qəzəblə belə ünsürlərin əməllərini qınayır və onlara qarşı hüquqi qiymətin veriləcəyinə şübhə etmir.

Baxışzadə Səkinə

YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər