PDF Oxu

Siyasət

  • 2 569

Yeni Azərbaycan Partiyası haqqın və xalqın partiyasıdır - ŞƏRH

Yeni Azərbaycan Partiyası haqqın və xalqın partiyasıdır - ŞƏRH

“Yeni Azərbaycan Partiyasının gücü daima Azərbaycan xalqının Partiyaya inamı, etibarı və etimad göstərməsi ilə ölçüləcəkdir”. Bu fikirlər ulu öndər Heydər Əliyevə aiddir.

Yeni Azərbaycan Partiyasının ölkəmizdə iqtidar partiyası olaraq fəaliyyəti dövründə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycanın siyasi, iqtisadi müstəqilliyi möhkəmlənib, habelə ölkəmizin beynəlxalq arenada çəkisi artıb. Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycanın Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib. Bu gün Yeni Azərbaycan Partiyası xalqı öz ətrafında birləşdirərək, ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqləyib.

Memarı ümummilli lider Heydər Əliyev olan müasir müstəqil Azərbaycanın ən böyük sərvəti onun siyasi və iqtisadi sabitliyidir. Bu sabitlik Ulu Öndərin gərgin iş rejimi, Prezident İlham Əliyevin qətiyyəti, güclü Ordumuzun şücaəti nəticəsində bütövləşən Azərbaycanın işıqlı sabahına hesablanmış siyasətinin nəticəsidir. Böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu gün artıq dünyanın inkişaf etməkdə olan ölkələri sırasında liderliyi qoruyub saxlayan Azərbaycanda bu inkişafı gözü götürməyən, xarici qüvvələrin əlində alət olan, təxribat yaratmaq fikrində olan insanlar, xalqımızın firavan həyatını pozmaqda maraqlı olan qüvvələr də var. Lakin qədirbilən xalqımız buna imkan verməyəcək və bölgədə böyük nüfuz sahibi olan ölkəmizin bundan sonar dinamik inkişafı üçün öz dəstəyini Liderinə göstərəcək. MüstəqilAzərbaycanın son 200 illik tarixində mümkün olmayanı mümkün edən qətiyyətli, ağıllı və müdrik rəhbərini xalqımız daima qoruyacaq və əbədi yaşadacaq. Həmin qüvvələr bəzən həyat təcrübəsi olmayan, yeniyetmə gənclərdən istifadə edərək özlərinin məkrli siyasətini həyata keçirirlər. Fikrimcə, Azərbaycan gəncliyi daha ağıllı və intellectual səviyyəlidir. Elə etməliyik ki, xarici qüvvələr və onların ölkəmizdəki havadarları əmin olsunlar ki, bu xalq özünün müstəqilliyini canı-qanı bahasına əldə edib. Buna hər hansı şəkildə xələl gətirmək mümkün olmasın. Təbiiki, bu da Prezidentimiz ətrafında sıx birləşməyimizlə mümkün olacaq.

Azərbaycan gəncliyi müstəqil Azərbaycanın günü-gündən çiçəklənməsi və inkişafı üçün, bu sabitliyin qorunub, saxlanması üçün ölkə başçısının daima yanında olacaq və onun göstərişi ilə hərəkət edəcək. Gənclərə göstərilən diqqət və qayğı dövlətin perspektiv inkişafından xəbər verir. Hər zaman xalqına güvənən Prezident İlham Əliyevin bütün sahələrdə apardığı məqsədyönlü islahatları xalqın social durumunun yaxşılaşdırılmasına, Azərbaycanın regionun lider dövlətinə çevrilməsinə təkan verən amillərdəndir.
Prezident İlham Əliyevin dövlətçilik və milli maraqlara xidmət edən siyasəti, bəzi məmurlar haqqında son atılan addımları bir daha Azərbaycan xalqına göstərdi ki, ölkədə bəzi sahələrdəki özübaşnalıq və Prezidentin etimadından sui-istifadə, nankorluq cəzasız qalmır. Bütün bunlar vətəndaşların rifah və məmnunluğuna xidmət edir.

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində şanlı qəhrəmanlıq tarixi yazdı, möhtəşəm Zəfər qazandı və 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımız azad edildi. Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonar Prezidentin göstərişi ilə şəhid ailələri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkənlərlə bağlı genişmiqyaslı social dəstək tədbirləri həyata keçirilir.

Müzəffər Ali BaşKomandan İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində tarixi sahibinə qovuşan torpaqlarımızda bərpa və quruculuq işləri görülür, soydaşlarımızın Böyük Qayıdışı reallığa çevrilir. Əminliklə söyləmək olar ki, bundan sonra da Azərbaycan inkişaf edəcək, bütün sahələrdə möhtəşəm uğurlara imza atacaq.

Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin reallıqlarına söykənərək atdığı addımlar da yeni hədəflər və onların uğurlu icrası deməkdir.

Yeni Azərbaycan Partiyasının gücüdə Azərbaycan da haqqın və xalqın gücüdür.

Vüqar Məmmədov
YAP Saatlı rayon təşkialtı 15 saylı ərazi partiya təşkilatının sədri

Digər xəbərlər