PDF Oxu

Siyasət

  • 2 352

Antimilli ünsürlər üçün xalq, millət, Vətən anlayışı yoxdur ŞƏRH

Antimilli ünsürlər üçün xalq, millət, Vətən anlayışı yoxdur ŞƏRH

Hər bir insan onu dünyaya gətirən, ona qayğı göstərən anasına sayğı duyursa, çörəyini yeyib suyunu içdiyi vətəninə də ən müqəddəs varlıq kimi yanaşmalı, vətənin mənafeyini bütün şəxsi maraqlarından üstün tutmalıdır. Qardaş türkiyəlilər demişkən, “Söz konusu vatansa, gerisi teferrüat”. Əgər kimsə şəhidlərimizin qanı bahasına, ordumuzun qüdrəti hesabına, qazilərin sağlamlığı bahasına geri aldığımız torpaqlarımızı lazımsız hesab edirsə, demək ki, o insana bu vətəndə yer yoxdur. Heç bir xarici qüvvə, heç bir məbləğ bir insanı vətəninə dönük çıxmağa vadar edə bilməz. Çox yaxşı yadımdadır, bu cür insanlar aprel döyüşlərində də Lələtəpə yüksəkliyi əldə ediləndə, çoxları “təpədir” deyib lağ edirdi. Amma o təpə bizlər üçün dünyanın bütün yüksəkliklərindən yüksək idi. Çünki, o yüksəlik şəhidlərimizin qanı ilə azad edilmişdi. Eyni insanlar 44 günlük müharibədə də öz məkrli niyyətlərini gizlədə bilmədilər. Və indi də bizə Zəngəzur dəhlizi, Göyçə mahalı lazım deyil deyib ürək bulandırırlar. Amma unutmasınlar ki, Cənab Prezidentin dediyi kimi, “Şərqi Zəngəzur varsa, demək Qərbi Zəngəzur” da var. Və ərazi bütövlüyümüz kimə lazım deyilsə, istədiyi ölkədə xain damğası ilə yaşamağa davam edə bilər. Göyçə Mahalı da, Qafan da, Mehri də tarixi Azərbaycan torpaqlarıdır. Bu Vətənin çörəyi, onun bütövlüyünü istəyənlərə, onun üçün canından keçməyə hazır olanlara və onun mənafeyini bütün şəxsi maraqlarından üstün tutanlara halal olsun! Necə deyərlər, zaman birlik zamanıdır!

Şəbnəm Uğurlu
Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi,
Laçın rayon ziyalısı

Digər xəbərlər