PDF Oxu

Siyasət

  • 2 603

Xainləri lənətləyək! ŞƏRH

Xainləri lənətləyək! ŞƏRH

Sentyabrın 12-dən 13-nə keçən gecə təcavüzkar Ermənistanın silahlı qüvvələrinin təxribatları nəticəsində baş vermiş hadisələrlə bağlı Qərb ölkələrində mütəşəkkil təşkilatlanan erməni lobbisi və anti-Azərbaycan dairələrinin ölkəmizdəki emissarları rolunu oynayan radikal müxalifətin təmsilçiləri respublikamıza qarşı apardıqları “qara piar” kampaniyasını daha da gücləndiriblər. Məkrli qüvvələrin əlində alətə çevrilmiş qaragüruhçu ünsürlərin- dağıdıcı düşərgənin əvvəllər olduğu kimi, bu gün sossial şəbəklərdə, internet TV-lərdə çıxardıqları hoqqabazlıqlar, ermənipərəst dairələrdən aldıqları qrantların hesabına ictimai rəyi çaşdırmağa yönəlmiş antimilli “moizələri” danılmaz faktlarla sübut edir ki, bu üzdəniraqlar erməni lobbisi ilə sıx işbirliyindədirlər. Başda AXCP sədri Əli Kərimli, yarandığı gündən öz antimilli mövqeyi ilə seçilən “Milli Şura”-nın Koordinasiya Mərkəzinin üzvləri Tofiq Yaqublu, Gültəkin Hacıbəyli, xaricdə məskunlaşaraq, Azərbaycan əleyhinə gecə-gündüz təbliğat aparan Qənimət Zahid, Sevinc Osmanqızı öz “Facebook” səhifəsində alçaqcasına “Şəxsən mənə İrəvan, Zəngəzur filan lazım deyil və Ermənistana qarşı gecəki təcavüzü birmənalı olaraq pisləyirəm” yazan A.Göyüşov və digər milli satqınlar xaricdəki ermənipərəst “ağalarının” könlünü alaraq, onların sifarişlərini yerinə yetirmək üçün ən çirkin üsullardan istifadə edirlər. Bu marginal dəstənin nümayəndələri qırx dörd günlük Vətən müharibəsində olduğu kimi, sentyabrın 12-dən 13-nə gecən gecə baş verən hadisələr zamanı da öz xain və satqın simalarını açıq-aşkar nümayiş etdirdilər. Erməni lobbisi ilə antimilli ünsürlər sinxron fəaliyyət göstərirlər. Ancaq hər bir azərabycanlı yaxşı bilir ki, antimilli ünsürlərin 12 sentyabr hadisələri ilə bağlı qeyri-obyektiv, daha çox isə böhtan xarakterli ittihamları erməni lobbisinin dirijorluğu ilə aparılan informasiya müharibəsindən başqa bir şey deyil. Əslində anti-Azərbaycan şəbəkənin və erməni lobbisinin ölkəmizə qarşı apardıqları şər-böhtan kampaniyası sabun köpüyünə bənzər mənasız qara-qışqırıqdan başqa bir şey deyil.

Fətəliyev Xəyyam Yaqub oğlu
44 günlük Vətən müharibəsi qazisi

Digər xəbərlər