PDF Oxu

Siyasət

  • 2 736

Radikal müxalifət ermənilərə nökərçilik edir ŞƏRH

Radikal müxalifət ermənilərə nökərçilik edir ŞƏRH

Ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratmaqla, vətənprəvərlik hisslərinin daha da artmasına səbəb oldu. Bu, bir daha onu göstərdi ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vurmağı bacarır. Azərbaycan xalqı ayağa qalxaraq bir daha Prezidentin ətrafında birləşdiyini açıq surətdə dünyaya bəyan etdi. Onun ətrafında bir yumruq kimi birləşərək Qarabağ uğrunda savaşa hazır olduğunu və digər problemlərin həllinda yanında olduğunu nümayiş etdirdi. Təbii ki, xalqın birliyi həm daxildəki, həm xaricdəki anti-Azərbaycan qüvvələri narahat emtəyə bilməz. Odur ki, bu xəyanətkar, Azərbaycan dövlətini, onun inkişafını, uğurunu gözü götürməyən qüvvələr xaqlımızın biriliyinə və onun adına gətirmək üçün ən çirkin, xain, məkrli planlara əl atırlar. Onlar bir çox hallarda günahsız, hadisələrdən xəbərsiz insanlardan məqsədləri üçün alət kimi istifadə edirlər. Vətəninə, dövlətinə, xalqına layiqli xidmət edə biləcək insanları öz çirkin oyunlarının qurbanına çevirməyə çalışırlar. Biz bunun son hadisələrdə də şahidi olduq. Millətinə, dövlətinə, xalqına qənim kəsilən bu, xəyanətkar qüvvələr orduya, dövlətinə dəstək üçün toplaşan insanların emosiyasından istifadə etməyə, onları təxribata sürükləməyə çalışırlar. Bu cür həssas və kifayət qədər diqqətli olmalı bir məqamda, Azərbaycanın çox mühüm tarixi hadisələr yaşadığı dövrdə ölkəmizə ləkə yaxmaq isə rəzilliyin son həddidir. Ancaq onlar unudurlar ki, Azərbaycan xalqı bu gün Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ətrafında sıx birləşərək, daxili və xarici düşmənlərə qarşı əzmlə mübarizə apardıqlarını öz əməli hərəkətləri ilə sübut edirlər. Əminəm ki, dövlətini, Vətənini sevən hər bir Azərbaycan vətəndaşı hər zaman olduğu kimi, bu gün də vahid yumruq olaraq birləşib bu qüvvələrin bəd əməllərini fiaskoya uğradacaq və buna da kimsənin şübhəsi olmasın.

Sevda Əliyeva
RMX-nın baş həkimi

Digər xəbərlər