Ölkəmizdə Neftçilər Gününün təsis edilməsi ümummilli liderimiz Heydər Əliyevin neftçilərin əməyinə verdiyi yüksək qiymətin təcəssümüdür.Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.“Azərbaycanda tarixi ənənələrə malik neft-qaz sənayesinin inkişafında bu şərəfli peşə sahiblərinin əzmkarlığı və zəngin təcrübəsi əldə edilmiş mühüm nailiyyətlərlə səciyyələnir. Neftçilər Günü münasibətilə bütün neftçilərimizi təbrik edir və uğurlar arzulayıram”, - deyə nazir vurğulayıb.
yap.org.az