Siyasət

  • 2 475

Azərbaycan və Küveyt əlaqələri bu gün hansı səviyyədədir? - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

image

"Azərbaycanla Küveyt arasında münasibətlərin kifayət qədər uzun tarixi var". Bu sözləri SİA-ya açıqlamasında deputat Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan müstəqilliyə qovuşduğu ilk günlərdən Küveytlə diplomatik münasibətlər saxlamışdır: " Daha dəqiq desək, bu münasibətlər 1994-cü ildən qurulub. Bu münasibətlər daim inkişaf etmişdir. Ayrıca olaraq nəzərə almaq lazımdır ki, Azərbaycanla Küveyt bir çox amillər birləşdirir. Eyni dini mənsubiyyət və tarixi amillər Azərbaycanla Küveyt münasibətlərinin inkişafına təsirli rol oynayır. Azərbaycan və Küveyti yaxınlaşdıran başqa məqam isə beynəlxalq təşkilatlar çərçivəsində kifayət qədər mühüm əməkdaşlıq qurulmuşdur. Küveyt Ermənistanın Azərbaycana təcavüzünü hər zaman pisləmişdir. Azərbaycanın mövqeyini beynəlxalq platformalarda hər zaman müdafiə etmişdir. Təbii ki, bu ikitərəfli münasibətlərin inkişafı üçün mühüm rol oynayan amillərdir. 2002-ci ildən başlayaraq Azərbaycan Respublikasının Küveytdə səfirliyi fəaliyyətə başlamışdır. Səfirliyin fəaliyyətə başlanmasından sonra tərəflər arasında münasibətlərin inkişafında yeni dinamiklik yarandı. Eyni zamanda, parlamentlər səviyyəsində də münasibətlərin inkişaf etdirilməsi istiqamətində səmərli fəalliyyət davam etdirilir. Belə ki, 1997-ci ildən parlamentlər arası işçi qrup fəaliyyət göstərir. Bu addım bir daha ona dəlalət edir ki, Azərbaycan Küveytlə hərtərəfli inkişafında maraqlıdır. Bu il Küveytlə Azərbaycan arasında iqtisadi əməkdaşlığın 30 illiyi qeyd olunur. Bundan sonrakı mərhələdə də əməkdaşlıq inkişaf etdiriləcək. Müasir texnologiyalar sayəsində Küveytin uğurları kifayət qədər mövcuddur. Bundan sonrakı mərhələdə Azərbaycan Küveyt diplomatik münasibətləri və iqtisadi əməkdaşlığı daha dinamik inkişaf edəcək".

Digər xəbərlər