PDF Oxu

Siyasət

  • 2 433

Radikal müxalifətin milli maraqlarımıza ermənipərəst mövqeyi hiddət doğurur ŞƏRH

Radikal müxalifətin milli maraqlarımıza ermənipərəst mövqeyi hiddət doğurur ŞƏRH

Son günlər cəbhədə baş verən hadisələrlə Azərbaycan Ordusu Azərbaycan xalqının haqsızlığa qarşı barışmaz ruhunu, xalqla dövlət birliyini və Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordusu sırasına daxil edildiyini nümayiş etdirdi. Qırx dörd günlük müharibə zamanı dünya mətbuatı günlərlə Şuşaya əliyalın dırmanan oğulların xəbəri ilə çalxalandı. Azərbaycan xalqının birlik əzmindən və Azərbaycan əsgərinin qəhrəmanlığından yazdı. Azərbaycanın radikal müxalifəti isə xalqımızın, dövlətimizin əldə etdiyi uğurlara qarşı çıxır, bu uğurlara kölgə salmağı özü üçün “ənənəyə” çevirib. Onlar Azərbaycan Ordusunun canları bahasına əldə etdiyi qələbəyə nəinki sevinmir, hətta düşmən münasibəti bəsləyərək ölkəmizin əldə etdiyi nailiyyətlərə kölgə salmaq üçün bütün güclərini səfərbər edirlər. Hətta hər hansı ümumxalq, ümumdövlət məsələsində belə onlar dövlətin, xalqın marağını satmaqdan çəkinmir, düşmənlərlə eyni sırada dayanırlar. Bir sözlə, bəlli sifarişləri yerinə yetirən bu kəsim istər iqtisadi, istərsə də siyasi müstəvidə əldə olunan nailiyyətlərə mənfi don geyindirməklə məşğuldur.Bütün dünyaya və içimizdəki xainlərə bəyan olsun ki, biz azərbaycanlılar tarixi ədaləti bərpa etmişik. Baş verən erməni təxribatının qarşısı alındı və hər kəs gördü ki, heç bir daxili və xarici siyasi güc, Azərbaycan dövlətinin qətiyyətliliyini, gücünü, Ali Baş Komandan - xalq həmrəyliyini şübhəyə ala bilməz. Azərbaycan xalqı hər şeyi görür, qiymət verir. Azərbaycan dövləti də xalqı ilə birlikdədir.

Faiq Məmmədov
Tərtər rayon Ağsaqallar Şurasının sədri

Digər xəbərlər