PDF Oxu

Siyasət

  • 3 676

Radikal müxalifətin qarayaxmaları, antimilli fəaliyyəti ictimai rəyə heç bir təsir göstərməyəcək ŞƏRH

Radikal müxalifətin qarayaxmaları, antimilli fəaliyyəti ictimai rəyə heç bir təsir göstərməyəcək ŞƏRH

Tarixdən də məlum olduğu kimi, daim başqalarının torpaqlarına göz dikən, öz təcavüzkar niyyəti ilə işğala, insan öldürməyə meyilli olan Ermənistan bu gün də, yəni Şanlı qələbəmiz olan 44 günlük "Vətən müharibəsi"ndən sonra yenə də ənənəvi fəaliyyətini davam etdirmək istəyir. Məğlub olmuş, ordusu tükənmiş, iqtisadiyyatı çökmüş bir dövlət indi də Fransa, ABŞ kimi dövlətlərdən kömək istəyir. Son günlərdə Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən gərginlik məğlubiyyəti qəbul edə bilməyən mənfur düşmənlərimizin çırpınışları idi. Çox təəssüf olsun ki, bəzən başqa dövlətlərlə deyil, ölkə daxilində də insanların düşüncələrini öz xeyirlərinə dəyişməyə çalışan, siyasi arenada ölkə siyasətini dəstəkləməyən şəxslərlə də mübarizə aparmalı oluruq.Son günlərdə ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfərinin əhəmiyyətini ermənilər və onların Azərbaycandakı uzantıları, daha dəqiq desək, dağıdıcı müxalifət düşərgəsinin təmsilçiləri cidd-cəhdlə böyütməyə çalışsalar da, soyuqqanlı təhlillər onu göstərir ki, bu hadisənin regionda gedən proseslərə heç bir dəxli və təsiri yoxdur. Bunu da başqa cür qələmə verməyə çalışanlar nədənsə Azərbaycanın uğurunu görməkdə çətinlik çəkir, ölkə daxilində qarışıqlıq salmaq istəyirlər. Ermənistan da, onun havadarları da yaxşı bilir ki, Zəngəzur dəhlizinin bərpası türk dövlətlərinin quru yolla birləşməsinə səbəb olacaq. Azərbaycan tərəfinin bu dəhlizi açmağı tezləşdirməyə çalışması da Ermənistan üçün bir faciədir. Vətən müharibəsi zamanı birlik, bərabərlik göstərən xalqımızın yenə də öz rəhbərinin yanında yer alması bəzi qüvvələrin planlarını suya salır. Bizim üçün, dövlətimiz üçün canından keçən bütün şəhidlərimizin qarşısında baş əyir, qazilərimizə tezliklə sağlığına qovuşmağı arzu edirik.

Vəsilə Mehdiyeva
Tərtər rayon Sarıcalı kənd tam orta məktəbin direktoru

Digər xəbərlər