PDF Oxu

Siyasət

  • 2 154

"Media qarşısında postmüharibə dövrünün yeni tələbləri, çağırışları durur" - BAŞ REDAKTOR DANIŞDI

"Media qarşısında postmüharibə dövrünün yeni tələbləri, çağırışları durur" - BAŞ REDAKTOR DANIŞDI

“Son bir neçə ildə bütün sahələrdə olduğu kimi, media da zamanın tələbinə uyğun islahatlara start verildi. Çap, audiovizual, internet-medianın inkişafı, müasir terndlərlə ayaqlaşması üçün bir sıra önəmli addımlar atıldı”. Bunu “Səs” qəzetinə açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.Onun sözlərinə görə, ilk öncə Medianın İnkişafı Agentliyi yaradıldı və fəaliyyət istiqamətləri müəyyənləşdirildi: “Daha sonra isə "Media haqqında" yeni qanun qəbul edildi. Təbii ki, hazırda Azərbaycan mediası qarşısında postmüharibə dövrünün yeni tələbləri, çağırışları durur. Bu çağırışlara tutarlı və vaxtında cavab verə bilmək, səsimizi dünyaya, ictimaiyyətə daha yaxından çatdıra bilmək üçün müəyyən addımların atılmasına ehtiyac var. Həmçinin "Media haqqında" yeni qanunun tələbləri də bir sıra qərarların verilməsi zərurətini ortaya qoyur. Bu səbəblərdən, jurnalistlərin qarşıdan gələn növbəti qurultayında mediamız qarşısında duran əsas vəzifələr, funksiyalar, mövcud vəziyyət, çətinliklər və onların həlli yolları kimi bir çox məqamların müzakirə ediləcəyini, konstruktiv və əhatəli formada fikir mübadiləsinin aparılacağını düşünürəm”.

Müəllif: Gülyana

Digər xəbərlər