PDF Oxu

Siyasət

  • 2 143

XƏYANƏTKAR MÜXALİFƏT QANUN QARŞISINDA CAVAB VERƏCƏK ŞƏRH

XƏYANƏTKAR MÜXALİFƏT QANUN QARŞISINDA CAVAB VERƏCƏK ŞƏRH

Zaman-zaman gah sosial şəbəkə klaviarurası arxasından, gah da icazəsiz aksiyalara yolladığı beyinləri zəhərlənmiş kütlə tərəfindən xalqın hakimiyyətinə qarşı dil uzadan AXCP sədri Əli Kərimli açıq-aşkar iddia edir ki, o Ermənistanın işğalçılıq, təcavüzkar siyasətini dəstəkləyir, hətta Paşinyana, habelə ondan əvvəlki erməni iqtidarlarına olan rəğbətini də gizlətmir! Ali Baş Komandan, Prezident İlham Əliyev demişdir: «Torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir». Bəli, 30 ildir ki, “müxalifət” adı ilə yol gedənlər bu gün sosial söyüş müxalifəti olmaqları ilə dövlətə, xalqa, Azərbaycanın uğurlu inkişafına qara yaxanlar elə zənn edirdilər ki, bu əxlaqsızlıqları ilə xalqın dəstəyini bəlkə «qazandılar» «arzusu» «qaşınmayan yerdən qan çıxarmağa» bənzəyir. Fransız psixoloq Julyer iddia edir ki, insanlarda satqınçılıq və xəyanət simptomları bir dəfə formalaşırsa, bu sistemli şəkildə davamlı olur və ətraf mühitə ikrah yaranır. Məhz bu absurd düşüncələri ilə sağlam ictimai rəyə müdaxilə edərək ortaya kirli, zəhərli ab-hava qatmağa çalışan AXCP sədri Əli Kərimli, Müsavat partiyasının başqanı Arif Hacılı sual edir ki, “Azərbaycana strateji yüksəkliklər nə üçün lazımdır?”. Bax, budur sizlərin daxilindəki “siyasi səviyyə”. Məhz sizlər dövləti belə idarə etdiyiniz üçün 1992-1993-cü illərdə Azərbaycana bu gün də ağrısını çəkdiyimiz problemləri iz olaraq qoymusunuz. Və bütün bunlar azmış kimi, canlarını Vətən yolunda qurban vermiş şəhidlərə, onların ailələrinə, qazilərə, Vətən müharibəsi veteranlarına belə təhqirlər yağdırır, ucuz hərəkətləri ilə nə qədər siyasi iyrənc olduqlarını isbatlayırlar! Həmçinin, bu gün Altay Göyüşov kimi əxlaqsız ünsür dəhliz və tarixi torpaqlarımız uğrunda uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhlarını təhqir edir, xarici kəşfiyyatların oyuncağına çevrilmiş Sevinc Osmanqızı canlı efirdə azərbaycanlıları “xuliqan-bandit” adlandırır, yüksəkliklər nəyimizə lazımdır” deyir, Əli Kərimlinin isə trolları sosial şəbəkələrdə murdar ağızlarına gələnləri yazırlar. Həmçinin, Avropa ölkələrində erməni puluna satılan Tural Sadıqlı və Məhəmməd Mirzəli isə Azərbaycana sanksiyaların tətbiq edilməsini tələb edirlər. Bir sözlə, Azərbaycanın düşmən üzərində qələbə qazandığı, erməni təcavüzkarlarının təxribatları nəticəsində şəhidlər verdiyimiz, torpaqlarımızın azadlığı və sərhədlərimizin təhlükəsizliyi uğrunda qəhrəman oğullarımız canlarını qurban etdikləri bu günlərdə aqressiv müxalifətin qazanılan uğurlara kölgə salmaq, erməni qəsbkarlarına dəstək vermək cəhdi xalqımıza qarşı nankorluq, əsl xəyanətdir. Onlar 27 sentyabr 2020 - ci ildə də - müharibə getdiyi günlər ərzində özlərinin antimilli mövqelərini ortaya qoydular və bu gündə çirkin əməllərini davam etdirirlər. Ancaq onlar bilmirlər ki, bu gün ölkəyə «Dəmir Yumruq» siyasəti ilə 30 illik həsrətə 44 gündə Zəfər qələbəsi qazanan Qalib Lider İlham Əliyev Güclü Azərbaycan Ordusunun igid əsgər və zabitlərimizin ruh yüksəkliyi ilə, xalqımızın qələbəyə olan inamı nəticəsində əldə olundu. Və sentyabrın 12-dən 13-ə keçən gecə erməni silahlı birləşmələrinin təxribatı nəticəsində düşmənə endirilən zərbələr, strateji mövqelərin və postların tamamilə darmadağın edilməsi, təcavüzkarların çox sayda canlı qüvvə itirməsi və igid oğullarımızın qəhrəmanlığı nəticəsində mühüm ərazilərin nəzarətə götürülməsi bunu aydın göstərir.Bir də vətəni, milləti olmayan Əli Kərimlinin “Bəs müharibə başa çatmışdı?” sualını verərkən anlamalı idi ki, nə qədər xain, qaniçən ermənilər və onun kimi düşmənlərə xidmət edən, beş-on manata xalqını, vətənini satan nadanlar var, o vaxt heç zaman müharibə bitməyəcək, mübarizə dayanmayacaqdır. Həmçinin, “mən Azərbaycanın Ermənistana qarşı təcavüzünü lənətləyir və pisləyirəm” deyən Altay Göyüşovlar, qardaş Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsinə kölgə salan, ordumuzun zəfərlərini heçə endirən, müharibənin 30 il davam etdiyini və torpaqlarımızın içimizdən olan xainlər, içimizdən xəyanət edən və torpaqlarımızı vaxtı ilə düşmənə satan Əli Kərimlilər, Arif Hacılılar, Sevinc Osmanqızılar, Gültəkin Hacıbəylilər və digər satqınlarvətəni olmayan xalqa, dövlətə xainlərdir.Ancaq bu satqınlar anlamalıdırlar ki, Azərbaycan xalqı öz Prezidenti, Ali Baş Komandanı, ordusu və birliyi ilə bütün sahələrdə istər döyüş meydanında, istərsə də iqtisadi-sosial, mədəni, eləcə də beynəlxalq aləmdə öz sözünü deyir, uğurlarını gündən-günə möhkəmləndirir. Və sərhəddəki son gərginliyə görə Azərbaycanı günahkar çıxaran, antimilli ünsürlər bilməlidirlər ki, Vətənə xəyanəti bağışlamaq olmaz! Və sentyabrın 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdikləri genişmiqyaslı təxribat təkcə işğalçının revanşist siyasətini ortaya qoymadı, həm də onlara dəstək verən “sapı özümüzdən olan baltalar”ın əsl xislətini, nankorluğunu, xəyanətkarlığını, “kimliyini” üzə çıxardı. Və bu xəyanətkar satqınlar bilməlidirlər 30 illik torpaq həsrətinə 44gündə Alm Maş komandan, Prezident İlham Əliyev jalqımızın birliyi və inamı nəticəsində «Dəmir Yumruq» siyasətinə əməl edən Güclü Ordumuzun rəşadətli əsgər və zabitləri sentyabrın 12-dən 13-ə keçən gecə baş verən hadisələrdə də Zəfər qazanaraq bir daha sübut etdi ki, Azərbaycan güclü ordusu qarşısında Ermənistan ordusu zəifdir. Eyni zamanda, hələ də işğalçı siyasətindən əl çəkmək istəməyən Ermənistan Azərbaycanla sərhəd boyunca genişmiqyaslı hərbi təxribatlar törətməklə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı imzalamış Rusiyanın, eləcə də Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasında maraqlı olan Avropa İttifaqının vasitəçilik missiyalarını da hər vasitə ilə əngəlləməyə çalışır.Bir sözlə, onlar hər fürsət düşəndə ölkə daxilində ictimai-siyasi vəziyyəti gərginləşdirməyə, dövlət və hakimiyyət əleyhinə çağırışlar etməyə, “vətənpərvərlik” donuna bürünərək “timsah göz yaşı” axıtmaqla cəmiyyətdə çaşqınlıq yaratmağa cəhd edən, çoxdan tarixin zibilliyinə atılmış radikal, dağıdıcı antimilli ünsürlər, həmçinin anti-Azərbaycan qüvvələrin nökərləri olan AXCP-nin sədri Əli Kərimlinin, Müsavat başqanı Arif Hacılının, Qubad İbadoğlunun, intiriqabaz Gültəkin Hacıbəylinin, özünü «super» tarixç adlandıran Altay Göyüşovun və özlərini jurnalist sayan bu şərəfli peşəyə yamaq olan Qənimət Zahidin, Sevinc Osmanqızının və digər ünsürlərin həm 44 günlük Vətən müharibəsi dönəmində, həm də bu günlərdə Müzəffər Azərbaycan Ordusunun yüksək peşəkarlıqla və misilsiz qəhrəmanlıqla həyata keçirdiyi parlaq qələbə hərbi əməliyyatından sonra xain əməllərini də gördük. Çünki onların mahiyyəti daim Vətənə, xalqına, dövlətinə xəyanət olub. Bir sözlə, belələri əsla müqəddəs şəhidlik sözünü dillərinə gətirməməli və xalqımızın heysiyyatı ilə oynanamıdırlar. Xalq hiddətlə və qəzəblə belə ünsürlərin əməllərini qınayır və onlara qarşı hüquqi qiymətin veriləcəyinə şübhə etmir.

ZƏRİFƏ QULİYEVA,
“Modern ailə və inkişaf” İctimai Birliyinin sədri

Digər xəbərlər