PDF Oxu

Siyasət

  • 2 299

Vətəni satan ünsürlər… ŞƏRH

Vətəni satan ünsürlər… ŞƏRH

Bu gün Altay Göyüşov kimi əxlaqsız ünsür dəhliz və tarixi torpaqlarımız uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhlarını təhqir edir, xarici kəşfiyyatların oyuncağına çevrilmiş Sevinc Osmanqızı canlı efirdə azərbaycanlıları “xuliqan-bandit” adlandırır, “o yüksəkliklər nəyimizə lazımdır” deyir, Əli Kərimlinin isə trolları sosial şəbəkələrdə kirli ağızlarına gələnləri yazırlar. Avropa ölkələrində erməni puluna satılan Tural Sadıqlı və Məhəmməd Mirzəli isə Azərbaycana sanksiyaların tətbiq edilməsini tələb edirlər. Söz yox ki, bütün bunlar bir daha xaricdə Azərbaycanın haqq işinə, milli dövlətçilik maraqlarına qarşı formalaşmış xəyanətkar dəstənin mövcudluğundan xəbər verir və gec, ya da tez onların hər biri hüquq, qanun qarşısında cavab verməli olacaqlar! Bu ünsürlər bunlar azmış kimi, canlarını Vətən yolunda qurban vermiş şəhidlərə, onların ailələrinə, qazilərə, Vətən müharibəsi veteranlarına belə təhqirlər yağdırır, ucuz hərəkətləri ilə nə qədər siyasi murdar olduqlarını isbatlayırlar. Azərbaycan xalqı isə hər zaman ağı-qaradan seçməyi bacarıb və bütün bunlara rəğmən öz dövlətinin, Müzəffər Ali Baş Konandanının, qalib Prezidentinin ətrafında sıx birləşib. Bu reallıq isə həmin mənfur sapı özümüzdən olan baltaların nəfəslərini kəsir, bundan sonra da kəsməyə davam edəcək!

Tahir Bayramov
Laçın rayon ziyalısı

Digər xəbərlər