Siyasət

  • 1 921

Regiondakı nəqliyyat-kommunikasiya layihələrinin inkişafında yeni imkanlar yaranır ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində 16 sentyabr tarixində Səmərqənddə keçirilmiş Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammitində iştirak etməsi ölkə başçımızın xüsusi hörmət və ona olan ehtiramından irəli gəlir.Səmərqənd sammitinin gündəliyinə uyğun olaraq, çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsinin cari məsələləri, ŞƏT-in inkişafının praktiki aspektləri və prioritet vəzifələri nəzərdən keçirilmiş, beynəlxalq və regional əhəmiyyətlı məsələlər, inteqrasiyanın güclənməsi, təhlükəsizliyin, əmin-amanlığın möhkəmlənməsi, tranzit xətlərinin və yeni dəhlizlərin istifadəyə verilməsi mövzuları ətrafında fikir mübadiləsi aparılmışdır.Sammitdə fəxri qonaq qismində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səfər çərçivəsində bir sıra ölkələrin prezidentləri ilə görüşlər keçirib. Görüşlər zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Dövlət başçısı Sammitdəki çıxışı zamanı bir sıra məsələlərlə yanaşı, Qarabağ münaqişəsinin həllinin regiondakı nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yaratdığı imkanları da qeyd etmişdir.Ölkə Başçısının sammitdəki çıxışında regional təhlükəsizlik məsələləri ilə bağlı fikirlər səsləndirən dövlətimizin başçısı qeyd etmişdir ki, Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq. Ermənistan-Azərbaycan münaqişəsi uzun sürən ərazi münaqişələrindən birinə çevrilmişdir. XX əsrin əvvəllərindən başlayaraq radikal erməni millətçilərinin Qarabağ bölgəsini Azərbaycandan ayırmaq istiqamətində apardıqları məqsədyönlü fəaliyyəti nəticəsində yaranmış bu qarşıdurma keçən əsrin 80-ci illərində SSRİ-də elan edilmiş “yenidənqurma” siyasəti şəraitində yenidən gündəmə gətirilmiş və SSRİ-nin süqut etməsinə müəyyən qədər öz təsirini göstərmişdir. 30 il ərzində işğal altında saxladıqları Azərbaycan ərazilərində ermənilərin hansı cinayətlərə yol verdiklərini dünyada yaxşı bilirlər. 10 noyabr bəyanatındakı öhdəliklərə Ermənistan tərəfin əməl etmədiyini, bunun nəticəsində son olaraq sərhəddə törətdikləri təxribatlardan beynəlxalq aləm xəbərsiz deyil. Son təxribatlarda beynəlxalq müstəvidə qismən də olsa obyektivliyin təmin olunmasına nail ola bilmişik. Burada hər kəsin hərəkətə gəlməsinə və müvafiq addımlar atmasına ehtiyac var.

Elşən Səfərov
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Digər xəbərlər