Siyasət

  • 1 846

Radikallar heç vaxt məqsədlərinə çata bilməyəcəklər ŞƏRH

image

Möhtərəm və əziz Prezidentimiz İlham Əliyev cənabları hər zaman daxili və xarici siyasətlərində dövlətimizin qüvvətləndirilməsi, çiçəkləndirilməsi dünyanın ən güclü və inkişaf etmiş dövlətləri ilə eyni sırada durması xalqımızın rifahının və ölkəmizin sosial-iqtisadi inkişafının gücləndirilməsinə yönəlmişdir. Bunun nəticəsində dövlətimiz dünyanın ən inkişaf etmiş dövlətləri ilə əlaqələr qurmuş Beynəlxalq təşkilatlara üzv olmuş dünyanın Lider dövlətləri tərəfindən ölkəmiz tanınmışdır. Özbəkistanın Səmərqənd şəhərində 15-16 sentyabr tarixində mötəbər Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitində Azərbaycan Respublikasının Prezident İlham Əliyev də iştirak etmişdir. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə dəvət olunması ölkəmizin,xüsusilə Prezident İlham Əliyev dünya miqyasında nüfuzunun ehtiramın əyani təsdiqidir.Təəssüflər olsun ki, Əli Kərimli başda olmaqla müxalif qüvvələr İlham Əliyev Cənablarının həyata keçirdiyi bütün siyasətlərinə kölgə salmağa çalışır, ölkəmizin sosial-iqtisadi inkişafının danaraq öz qarayaxmalarından əl çəkməyərək xalqın diqqətini yayındırmağa calışırlar. Bu isə radikalların Qarabağ probleminin həlli ilə bağlı proseslərin yeni fəal mərhələyə girməsindən narahat olduqlarını göstərir: "Fəallaşan sülh prosesinə radikalların qara yaxmağa və gözdən salmağa çalışması səbəbsiz deyil. Burada radikalların ikibaşlı məqsəd güddüyünü görmək mümkündür. Radikallar Azərbaycan diplomatiyasının Qarabağ məsələsinin həllinə yaxınlaşdığını görür və öz təxribatçı fəaliyyətləri ilə sülh prosesini ləngitməyə çalışırlar. Ancaq unudublar ki, xalqımız hər zaman Cənab Prezidentin yanındadı və onun bütün siyasətini dəstəkləyir. 44-günlük vətən müharibəsində də xalqımız bu birliyini bir daha göstərmişdir.

Fitat Əliyeva
Tərtər rayon Qapanlı kənd tam orta məktəbin direktoru

Digər xəbərlər